İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
15:43 | 21 oktyabr 2022 | Cümə
Məqaləyə 1721 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
2021-ci ildən İranın tərcümə olunmuş məqalə, jurnal və kitablarını dərc edən vebsaytı təqlid edən bir vebsayt tərəfindən tərcümə tətbiqi kimi yayılan “FurBall” zərərverici proqramının yeni versiyası aşkar olunub.
“Domestic Kitten” və ya “APT-C-50” kimi tanınan APT (Xüsusi Hədəflənmiş Kiberhücum) İrana aid kibertəhdid iştirakçısı kimi tanınır. 2016-ci ildən müxtəlif vasitələrlə mobil cihazlardan həssas məlumatları toplamaq məqsədilə fəaliyyət göstərir.
“Trend Micro” tərəfindən 2019-cu ildə aparılan taktiki təhlil “Domestic Kitten”in Yaxın Şərq ölkələrini hədəf alan kibercasusluq kampaniyası olan “Bouncing Golf” adlı başqa qrupla potensial əlaqələrini ortaya qoydu.
Araşdırmalara görə APT-C-50 ilk növbədə İran rejiminin sabitliyinə təhlükə yarada biləcək İran vətəndaşlarını, o cümlədən daxili dissidentlər, müxalifət qüvvələri, İŞİD tərəfdarları, İrandakı kürd azlıqları və s. hədəf alıb.
Qrup tərəfindən həyata keçirilən hücum kampaniyası ənənəvi olaraq potensial qurbanları müxtəlif hücum vektorları, o cümlədən İran bloq saytları, “Telegram” kanalları və SMS mesajları vasitəsilə tərcümə proqramı kimi təqdim olunan saxta proqram quraşdırmaq üçün cəlb etməyə yönəlib.
Bütün bunlar göstərir ki, İran hökuməti öz rejiminə qarşı daxili stabillik təhdidlərini çoxdan bəri hiss edib və onsuz da güclü olan rəqəmsal diktaturanı kiberizləmə alətləri ilə möhkəmləndirməyə məcbur olub.