Ermənistan–Belarus münasibətlərində gərginlik
Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu
15:05 | 31 oktyabr 2022 | Bazar ertəsi
Məqaləyə 1588 dəfə baxılıb
Şriftin ölçüsü
Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu
İtaliya–Azərbaycan: enerji və nəqliyyat xətləri üzərində strateji tərəfdaşlıq güclənir
Meloni: “İtaliya–Azərbaycan tərəfdaşlığı enerji və təhlükəsizlik sahəsində gücləndiriləcək”
İtaliyalı senator Simona Petrucci: “İtaliya qlobal risklərə qarşı daha dayanıqlı olmalıdır”
Azərbaycan ətrafında formalaşan iddiaların arxasındakı lobbi kölgəsi
Rusiyada azərbaycanlı barədə məhkəmə qərarı verildi
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
Azərbaycan dizeli və Rusiya gübrəsi yüklənmişdi
Sərhəd dəyişiklikləri xəritə servislərində görünməyə başladı
5 ay əvvəl Azərbaycandan Türkiyəyə uçarkən qəzaya uğrayan təyyarə ilə bağlı yeni kritik detal
Yaxın Şərqdə risklərin artması fonunda Avropaya gedən neftin bir hissəsinin Asiyaya yönləndirilməsi planlaşdırılır
Ermənistan Baş Prokurorluğu XİN əməkdaşı barədə məhkəmə qərarından narazı qaldı
Siyasi etikadan uzaq insan 86 milyonu təmsil edə bilərmi?
Həbs edilən cinayətkarların əmlakı müsadirə olundu
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
Bir çox tarixi faciələrdə rusun adını pozub ...
Xankəndində bugünkü kütləvi mitinq “qu quşunun son fəryadı”dır. Bu fotoları görənlərin bəzi pessimist əhval-ruhiyyəyə rast gəldim. Buna gərək yoxdur. Azərbaycan 44 günlük müharibə ilə 30 ildən sonra 1991-ci ilin inzibati sərhədlərinə çıxdı. Yeri gəlmişkən, bu sərhədləri biz Azərbaycanın o vaxtkı kommunist rəhbərliyinin maymaqlığı və Moskva qarşısında mütiliyi üzündən itirmişdik.
Beləliklə, Azərbaycan ordusu 1991-ci ilin may-sentyabr ayındakı inzibati sərhədlərinin üzərində durur.
Bundan o yana isə Azərbaycanın tarixi torpaqları olan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi başlanır. Yəni SSRİ-də 1988-ci ildə etnik zəmində baş qaldıran separatçı hərəkatın mərkəzi yeri...
Bura isə beynəlxalq güclərin “erməni kartı”nı oynatdıqları “masadır”.
1991-ci ilin sentyabrından, o zamankı Dağlıq Qarabağ Muxtar Vilayəti üzrə Azərbaycan Təşkilat Komitəsinin Xankəndindəki ofisi bağlanandan sonra bura Bakının ayağı dəymədiyi bir məkan olub.
Bu gün isə Bakı Xankəndinin bir addımlığındadır. Şuşada olan şəxslər necə bir strateji yerə sahib olduğumuzu dərhal anlayır.
Strateji əhəmiyyətli ərazi baxımından Bakı vacib missiyanı yerinə yetirib: Şuşadan, Ağdamdan, Kəlbəcərdən, Laçından Azərbaycan ordusu separatçı bölgəni üzük kimi əhatəyə alıb.
Putin Valdayda Laçın və Kəlbəcərin adını elə-belə çəkmədi.
2020-ci ildən sonra Xankəndi uğrunda “diplomatik müharibə”nin başlanacağını o vaxt yazmışdım.
İndi sülh sazişinin imzalanması ərəfəsində yaranan vəziyyəti qiymətləndirərkən nəyi nəzərə almaq lazımdır?
– Beləliklə, Xankəndi güruhu “etnik kart”ı bayraq edərək Avropanın çox həssas yanaşdığı bu prioriteti önə çəkir, “müqəddəratı təyin etmə” xülyasına kökləyir. Düşmən ümid edir ki, Bakının hərbi müdaxiləsinə qarşı bu kartı çıxara bilər.
– Xankəndi güruhu Paşinyanı şantaj edərək Ermənistanın Qarabağ üzərində cavabdehliyini saxlamağa çalışır.
-Fransa Qarabağ üzərindən Rusiya ilə əl-ələ verərək İrəvan üçün sərfəli status qoparmağa çalışır.
-Moskva sülhməramlıların vaxtını qeyri-müəyyən müddətə uzatmağa nail olmağa, rus icması tezisi ilə özünəməxsus “anklav” yaratmağa və bununla da Zəngəzurdan Xankəndnə qədər bir qövsü tutmağa çalışır.
- ABŞ isə Qarabağ üzərində Bakının suverenliyini tanımaqla Qarabağda yeni konfiqurasiya qurmağa çalışır.
Bakı bu vəziyyəti aydın görür. İndi Azərbaycan üçün 1991-ci ildən və məğlubiyyət yaşayan 90-lardan tamam fərqli bir situasiya var.
Bakı müharibədə qalibdir, geostraterji müttəfiqləri var və masada “eşidilən səs”dir.
Digər məqam Türkiyədir. 100 ildən sonra Cənubi Qafqaza gələn Türkiyə yeni qüdrətli oyunçu olaraq Bakı ilə müttəfiqdir. Bu isə bölgədə vəziyyəti kökündən dəyişdirən güclü amildir.
Odur ki, Xankəndinin psevdogüc nümayişi reallıdan uzaqdır. Xankəndində idarə olunan “kuklalar” isə geosiyasi mübarizənin bir pərdəsidir.
Pərdə arxasında qalan bu oyunçular Bakının mövqeyini yaxşı bilirlər. Bu, “gorbagor olan status” və tarixə çevrilmiş “Dağlıq Qarabağdır.
Bu oyunda kartlar Bakının əlindədir. Onun tələbələri və şərtləri olmadan bu masa qurulmaz.