
Gömrük vergisi iki dəfə artdı
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
Zelenski Trump-Putin görüşünə Kiyevsiz hər hansı razılaşmanı rədd edir
Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
“Saky” bazası hədəfə alındı, bombardman təyyarələri vuruldu
“Müharibənin əvvəlində bizi Rusiya nefti almağa təşviq edirdi”
Görəsən, onun zəifləməkdə məqsədi nədir?”
Almaniyaya təhdid, Ukraynada irəliləyiş
Avropa Birliyi liderləri Si Cinpinin açıqlamalarına sərt cavab verdi
Vaşinqton Ukraynaya 322 milyon dollarlıq silah satışına razılıq verdi
ABŞ Ukraynaya zirehli texnika və raket sistemləri göndəriləcək
Azərbaycan və Rusiya münasibətlərindəki böhran hara gedir?!
Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlar
İlham Əliyev: “Aktau təyyarə qəzası ilə bağlı Rusiya beynəlxalq məhkəməyə veriləcək”
Çin, Avropanın Rusiyaya tətbiq etdiyi sanksiyaların “ciddi mənfi təsirlərini” tənqid etdi
Ukrayna kəşfiyyatının gənc və cəsur komandiri – Kiril Budanov
Britaniyanın Müdafiə Nazirliyinin bazar günü Ukrayna ilə bağlı gündəlik kəşfiyyat məlumatında bildirildiyinə görə, Rusiyanın təhsil naziri Sergey Kravtsov “2023-cü ilin sentyabrından etibarən hərbi təlimlərin Rusiyanın məktəblərinə qaytarılacağını” deyib.
Bu təlimlər “kimyəvi və ya nüvə hücumu zamanı gözlənilməz hallar, ilk yardım və Kalaşnikov avtomatlarından istifadə və atəş açmaq təcrübəsini” əhatə edirdi.
Məlumata əsasən, “Rusiya rəsmiləri 2014-cü ildə Rusiyanın Krımı işğal etməsindən sonra bu təlimləri bərpa etməyə cəhd ediblər. Bu təşəbbüsün çağırışçılar arasında keyfiyyəti artıracağına ümid edilirdi. Lakin səkkiz ildən sonra çox az şey dəyişib və rusiyalı çağırışçıların keyfiyyəti aşağı olaraq qalır, əhval-ruhiyyə aşağıdır və təlimlər məhduddur”.
Məlumatda bildirilir ki, hazırda Rusiya təlim proqramı üçün tədris kursu hazırlayır. Onun hazırlanmasının ilin sonuna qədər başa çatdırılması və sonra təsdiq prosesindən keçirilməsi gözlənilir.
“Bu təlim çox güman ki, şagirdlər çağırış yaşına yaxınlaşdıqca onların hərbi bacarıqlara yiyələnməsi və səfərbərlik və hərbi xidmətə çağırışlara hazırlığının artırılması məqsədi daşıyır”, – deyə, məlumatda bildirilir. “Bu təşəbbüs həm də çox güman ki, Rusiya əhalisi arasında vətənpərvərlik ideologiyası və dövlət qurumlarına inamla bağlı maarifləndirilmə işi üzrə daha geniş layihənin bir hissəsidir,” məlumatda qeyd edilir.
Britaniya Müdafiə Nazirliyinin məlumatı Ukrayna qüvvələrinin Xerson şəhərini Rusiya qüvvələrindən azad etməsindən sonraya təsadüf edir.
Ukrayna prezidenti Volodimir Zelenski şənbə günü Xersonda Ukrayna qüvvələrinin qələbəsini tarixi adlandıraraq alqışlayıb. O, video müraciətində Ukrayna müdafiə qüvvələrinin Xerson vilayətində 60-dan çox yaşayış məntəqəsinə nəzarəti bərpa etdiyini bildirib və və söz verib ki, Ukrayna qüvvələri “bütün torpaqlarımızı işğalçılardan azad edəcək”.
Bununla belə, Ukrayna prezidenti sayıqlıq göstərmək barədə xəbərdarlıq edərək, insanların Xersonda qələbəni təntənə etdiyi vaxt şərqdə, Donetsk vilayətində hər gün şiddətli döyüşlərin getdiyini bildirib.
Rusiya rəsmiləri qüvvələrin Xerson vilayətindən geri çəkildiyini Ukraynanın ölkənin cənubunda uğurlu əks-hücum əməliyyatından sonra elan edib.