İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
09:56 | 25 noyabr 2022 | Cümə
Məqaləyə 1186 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
BMT-nin İranın insan haqları üzrə xüsusi məruzəçisi Cavid Rəhman noyabrın 24-də İnsan Haqları Şurasının İranda etirazların yatırılması ilə bağlı xüsusi iclasında çıxış edib.
O, təhlükəsizlik qüvvələrinin universitetlərə hücumu, uşaqları öldürməsi, mühakimələrin keçirilməsindən danışıb.
Cavid Rəhman məhbuslardan zorla məcburi etiraflar alınaraq onlar barəsində ölüm hökmlərinin çıxarıldığını deyib: “İslam Respublikası etirazçıların edamını dərhal dayandırmalıdır”.
BMT-nin İnsan Haqları Şurası cümə axşamı Cenevrədə keçirilən xüsusi iclasda İranda etirazlar zamanı insan haqları pozuntularını araşdırmaq üçün beynəlxalq missiyanın yaradılmasını nəzərdə tutan qətnaməni qəbul edib.
ABŞ və digər Qərb dövlətləri tərəfindən fəal şəkildə irəli sürülən qətnamə Şuranı təşkil edən 47 nümayəndə heyətindən 25-i tərəfindən bəyənilib, altı ölkə, o cümlədən Ermənistan, Çin və Kuba əleyhinə səs verib, 16 dövlət isə səsvermədə bitərəf qalıb.
Qətnamədə bildirilir ki, Şura müstəqil faktaraşdırıcı missiya yaratmaq qərarına gəlib. Onun vəzifəsi 2022-ci il sentyabrın 16-da başlayan etirazlarla bağlı İran İslam Respublikasında insan hüquqlarının pozulması ilə bağlı iddiaları hərtərəfli və müstəqil şəkildə araşdırmaq olacaq. Missiya mümkün pozuntularla bağlı faktları və şəraiti müəyyən etməli, habelə sübutları toplamalı və təhlil etməlidir.