Solovyovun böyükləri
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
10:49 | 25 noyabr 2022 | Cümə
Məqaləyə 938 dəfə baxılıb
Şriftin ölçüsü
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
PUA hücumu nəticəsində Perm şəhərində strateji obyekt zədələnib
İnternetdən sonra mobil rabitədə də məhdudiyyətlər olacaq
Bomba hərbi qarnizonun poçt qutusuna yerləşdirilib
Rusiyanın Qara dənizdəki limanına bir həftədə ikinci hücum
3 arsenal, 3 anbar, 2 logistik mərkəz məhv edildi
Kreml yanacaq istehsalında “dövlət planı” modelinə qayıdır
Neft zavoduna zərbələr nəticəsində güclü yanğın baş verdi
Putin Pasxa bayramına görə döyüşlərə fasilə verdi
Zelenskinin Türkiyə səfərinin ardınca XİN rəsmisi Mərkəzi Asiyaya gedib
Ruslar ukraynalı uşaqları avqust ayında Balakliya şəhərindən çıxarıb və geri qaytarmayıblar. Bu barədə Nikolos Kristof ABŞ-ın “The New York Times” qəzetindəki “Rusların ukraynalı uşaqlarla alveri” adlı məqaləsində yazıb.
Bildirilib ki, ruslar müxtəlif hədiyyələr, yay düşərgəsi və təhlükəsizlik təminatı adı ilə aldadaraq azyaşlıları yay düşərgəsinə aparıblar.
29 yaşlı Nadia Borysenkonun sözlərinə görə, onun 12 yaşlı qızı düşərgəyə aparılanlar arasındadır: “Mənə söz verdilər ki, 2-3 həftədən sonra övladımı geri qaytaracaqlar. Amma belə olmadı. Qızım Darya və digər uşaqlar indi Rusiya sərhədindən kənardadırlar”.
Ukrayna hökumətinin hesablamalarına görə, 11 461 uşaq Rusiyaya və ya Rusiyanın nəzarətində olan ərazilərə aparılıb. Ukrayna Prezidenti Vladimir Zelenski G-20 liderlərinin noyabrın 16-da keçirilən sammitində demişdi ki, 10 minlərlə uşaq haqqında məlumat azdır.
Nəşrin məlumatına görə, minlərlə uşağın Ukraynadan çıxarılması ölkədəki müharibənin tipik münaqişə olmadığını göstərir: “Bunlar müharibə cinayətləri ola bilər. Rusiya ukraynalı uşaqların başqa yerlərə aparılmasını gizlətmir. Əksinə, televiziya proqramlarında ruslar uşaqların xilaskarı kimi göstərilir. Televiziya proqramlarında rusların ukraynalı oğlan və qızlara oyuncaq ayı verdikləri göstərilir”.
“The New York Times” qəzeti, həmçinin bildirib ki, Rusiyanın uşaq hüquqları üzrə komissarı Mariya Lvova-Belova ötən ay ukraynalı bir oğlan uşağı övladlığa götürmüşdü: “O, bununla öyünürdü. Ümumiyyətlə, oğurlanmış uşaqların çoxu rus ailələrinə övladlığa verilib”.
Bildirilib ki, Rusiya hakimiyyəti ukraynalı valideynlərin öz uşaqlarına qovuşmasına bir şərtlə icazə verirlər: bunun üçün valideynlər Rusiyaya getməlidirlər: “Bu isə o deməkdir ki, valideynlər pasport və digər sənədləri əldə etmək üçün xeyli xərc çəkməlidirlər. Bəzi valideynlər bunu bacarırlar. Ancaq çoxunda bu imkan yoxdur”.
Ukraynalı prokuror Dementyev Mikola uşaqların ölkə ərazisindən çıxarılmasını müharibə cinayəti kimi qiymətləndirib: “Qarşı tərəf həmin körpələrin geri qayıtmasını çətinləşdirməklə cinayət törədir. Yay düşərgəsi cəlbedici idi. Çünki bu, uşaqları Rusiya atəşindən qorumağın yeganə yolu kimi görünürdü”.
Rusiyaya aparılan uşaqların çoxu uşaq evləri, internat məktəbləri və xəstəxanalar kimi müəssisələrdən çıxarılıb: “Bu gənclərin bəzilərinin valideynləri yox idi”.
Olena Matvienko adlı bir rus qadınının sözlərinə görə, onun 10 yaşlı nəvəsi İlya Matvienko anası Natalya ilə birlikdə Mariupol şəhərində qəlpə yarası alıb:
“Natalya İlyanın gözü qarşısında ölüb. Rus əsgərləri isə uşağı yerli xəstəxanaya deyil, Rusiyanın dəstəklədiyi qondarma Donetsk Xalq Respublikasındakı xəstəxanaya aparıblar: “İlyanın Rusiyada övladlığa götürülməsi üçün sənədlər hazırlanır”.
Məqalədə bildirilib ki, uşaqlar müharibə qəniməti olmamalıdır: “Hökumət minlərlə uşağı alver predmetinə çevirməməlidir. Ukraynadakı müharibənin mənəvi riskləri artır. Daryanın anasının yanına getməsi vacibdir”. (Report.az)