
İki nəfər ölüb
Yanğınlar necə başladı, son vəziyyət necədir?
Yanğınlar necə başladı, son vəziyyət necədir?
İspaniya 5 faizlik xərcləmə planını rədd edir
Son zamanların ən böyük xəzinəsi iki ölkəni üz-üzə qoydu
İspaniyanın sosialist hökuməti NATO böhranı ilə üz-üzədir
Bəzi bölgələrdə havanın temperaturu 40 dərəcəni keçib
Hollandiyada vətəndaşlara nağd pul şağırışı
Yanukoviçin köməkçisi, Avromaydan repressiyalarını əsas fiquru zənginlər qəsəbəsində güllələnib
Elektrik kəsintisindən sonrakı telefon qəzası ölkədə təlaşları artırıb
Qırmızı işıqda makiyaj etməklə təhlükəsizlik kəmərii taxmamağın cəriməsi eyni oldu
Bir həftə ərzində iki dəfə 10,000-dən çox sərnişini yollarda qalıb
İspaniyada elektrik qiymətləri 10 dəfəyə yaxın artdı
Elektrik böhranı Avropaya yayıldı
Ordu küçələrə çıxdı, Avropa ölkələri panikada
Üç ölkədə elektrik enerjisi kəsildi
Vatikan Antoni Qaudinin adı barədə prosesə başlayıb
Avropa ölkəsində məktəb menyusunda köklü dəyişiklik
İspaniya parlamentində üçüncü ən böyük siyasi partiya olan ifrat sağçı, anti-immiqrant və anti-islam “Vox” müxtəlif şəhərlərdə hökumət əleyhinə nümayişlər keçirib. Paytaxt Madridin Kolon Meydanında “İspaniya dərhal səs vermək istəyir, seçki istəyir” şüarı ilə keçirilən ən izdihamlı nümayişdə Vox tərəfdarları solçuların koalisiya hökumətini tənqid edib.
2023-cü ilin noyabrında olacaq ümumi seçkilərin vaxtından əvvəl keçirilməsini tələb edən “Vox” lideri Santiaqo Abaskal, “xəyanət, yıxılma və səfalət hökuməti” olaraq xarakterizə etdiyi hökumətin istefasını tələb etdi.
“Yaşasın İspaniya, yaşasın Kral” şüarını səsləndirən kütləyə səslənən Abaskal, təsdiq üçün separatçı Kataloniya və Bask partiyalarına edilən güzəştləri sərt şəkildə tənqid edib.
“Sançes (İspaniyanın baş naziri Pedro Sançes nəzərdə turulur – red.) separatçı katalonların maraqlarına uyaraq dövlətə qarşı üsyanı cinayət məcəlləsindən çıxardı və canilərin qarşısına qırmızı xalça örtdü”. İfrat sağçı lider “Hökumət İspaniyanın milli suverenliyinə və adət-ənənələrinə hörmət etmədən xalqın üstündən keçir”, – Abaskal deyib.
“Milli birlik olmadan konstitusiya, demokratiya və azadlıqlar yoxdur. Vətən zəhmətkeş və təvazökar xalqın son müdafiəsidir. Hökumət milyonlarla ispanları məhvə, nifrətə və əsirliyə məruz qoyur. Biz bu hökuməti parlamentdən qovmalıyıq”.
İspaniyada son bir ayda dərc edilən sorğularda, əgər bu gün seçki olsa, ana müxalifətdəki sağçı Xalq Partiyası (PP) və hökumətin böyük ortağı Sosialist İşçi Partiyası (PSOE) hər biri 27 səs alacaq. Vox isə yüzdə 15 qazana bilər.
Hazırda sol (PSOE) və ifrat sol (Unidas Podemos) partiyalarından ibarət olan İspaniya demokratiyası tarixində ilk koalisiya hökumətinin qarşıdakı dövrdə sağ (PP) və ifrat sağ (Vox) koalisiyasına çevrilməsi ehtimalı yüksəkdir.
Xalq Partiyası və “Vox” hazırda İspaniyanın “Castilla y Leon” muxtar administrasiyasında koalisiya hökuməti ilə əməkdaşlıq edir.