NATO zirvəsi əndişəsi
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
15:13 | 30 noyabr 2022 | Çərşənbə
Məqaləyə 1303 dəfə baxılıb
Şriftin ölçüsü
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Rumıniya NATO-dan antidron sistemlərinin təcili verilməsini istədi
ABŞ Polşaya əlavə 5 min əsgər göndərir
ABŞ NATO-nun çevik qüvvələrində iştirakını azaldır
Alyans boğaza müdaxiləni nəzərdən keçirir
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
“Ursa Major”un kimin batırdığı məlum deyil
Çəkilmə təhdidi olsa da, Avropanın ABŞ-dən asılı qalmasına çalışılır
ABŞ-nin NATO ilə bağlı sərt “seçimlər” gündəmdə – Avropa ölkəsi alyansdan çıxarıla bilər
Tramp NATO müttəfiqlərini “yaxşı” və “pis” ölkələrə böldü
Trampdan NATO və Roma Papası barədə sərt sözlər
Trampın alyansa qarşı hansı təsir imkanları var?
Tramp-Rutte zirvə görüşündə NATO böhranı
“Onlar bizim yanımızda deyilsə, biz niyə onların yanında olaq?”
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
Fransanın dövlət kanalı olan “France 24”ün saytında “Özümüzü alçaldıq” başlıqlı məqalə dərc olunub: Təhlil yazısında bildirilir ki, İsveçin NATO-ya üzv olmaq istəyi Türkiyənin davamlı müqaviməti ilə üzləşir.
“İki ölkənin ortaq müraciət məktubunun mürəkkəbi yeni qurudu, Türkiyə bu ölkələrə şərtlərini təklif etməyə başladı” ifadəsinin yer aldığı və az müddət sonra prezident Rəcəb Tayyib Ərdoğan “Baxın, həmin ölkələrin terror təşkilatlarına qarşı dəqiq və birmənalı münasibəti yoxdur”, – açıqlamasını verdi.
Luiza Nordstormun qələmə aldığı məqalədə Ankaranın iki ölkədən tələb etdiyi “terror şübhəliləri” siyahısını hazırlamasından da bəhs edilib. Fransa dövlət kanalı Skandinaviya ölkələrinin bu siyahıda olan insanların çoxuna illər əvvəl sığınacaq verdiyini bildirib.
Təhlildə Türkiyənin tələblərinin getdikcə artdığı və diqqəti İsveçə yönəltdiyi irəli sürülüb. Buna misal olaraq təxminən 10 il əvvəl PKK-ya yaxın dərnəklərin təşkil etdiyi tədbirə qatılan müdafiə naziri Peter Hultqvistin işdən çıxarılması üçün Ankaranın təzyiq göstərməsi misal göstərilir.
Həmçinin xatırladılıb ki, İsveçin Ankaradakı səfiri Staffan Herrström ötən ay İsveç Dövlət Televiziyasında Ərdoğanı ələ saldığı üçün Xarici İşlər Nazirliyinə çağırılıb.
“France 24”, Türkiyənin Stokholm səfirliyinin iqamətgahı qarşısında keçirilən aksiyada iştirak edən PKK üzvlərinin fotosunun araşdırılmasını tələb edərkən Türkiyənin “təzyiqini artırdığını” iddia edib. Bildirilib ki, aksiyanın səbəbkarlarının müəyyən edilməsi tələbi “İsveçin ifadə azadlığının son dərəcə mühüm prinsipləri ilə tamamilə ziddiyyət təşkil edir”.
Bir ölkənin NATO-ya üzv olması üçün bütün üzvlər yaşıl işıq yandırmalıdır. Təhlildə bu vəziyyətin İsveçin əl-qolunu bağladığı iddia edildi: “Rusiyanın yaratdığı təhlükə 10 milyonluq kiçik xalqı demokratik dəyərlər və qanunların imkan verdiyi qədər Türkiyənin sərt tələblərini yerinə yetirmək üçün səy göstərməyə məcbur etdi”.
Məqalədə İsveçin atdığı addımlar kimi avqustda PKK-çıların ekstradisiyanı qəbul etməsi və sentyabrda silah embarqosunu ləğv etməsi göstərilib. Digər tərəfdən, Stokholm iddia edir ki, bu ekstradisiya adi hüquqi proses vasitəsilə baş verir və NATO prosesi ilə bağlı deyil.
Xatırladaq ki, fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsindən sonra İsveç və Finlandiya NATO-ya üzv olmaq qərarına gəlib. Türkiyə isə bu iki ölkənin alyansa daxil olmasını təsdiqləmək üçün bəzi tələblər irəli sürüb.
NATO-nun baş katibi Yens Stoltenberqin təşəbbüsü ilə Türkiyə, İsveç və Finlandiya iyunun 29-da İspaniyanın paytaxtı Madriddə birgə bəyanat imzalayıb. Bəyannamədəki maddələr arasında terrorla mübarizədə Türkiyə ilə həmrəylik, PYD/YPG və FETÖ-yə dəstək verməmək öhdəliyi, terrorçu cinayətkarların ekstradisiyasında konkret addımların atılması kimi maddələr yer alıb.
Madriddə imzalanan Üçtərəfli Memorandum çərçivəsində qurulan Daimi Birgə Mexanizmin ikinci iclası ötən həftə İsveçin paytaxtı Stokholmda keçirilib.
Rəyasət Heyətinin sözçüsü tərəfindən verilən açıqlamada vurğulanıb ki, mexanizm Üçtərəfli Memorandumdakı öhdəlikləri həyata keçirmək məqsədi daşıyır:
Daimi Birgə Mexanizm müvafiq nazirliklər və qurumlar arasında koordinasiyanın texniki səviyyəsinin yüksəldilməsini və Finlandiya və İsveçin memoranduma uyğun olaraq əldə etdiyi tərəqqini alqışlayıb. Tərəflər sazişin həyata keçirilməsi üçün işlərini davam etdirmək barədə razılığa gəliblər.