İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
22:06 | 4 dekabr 2022 | Bazar
Məqaləyə 1069 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Tehran rejiminin Əxlaq polisi adlı terrorçu qurumu ləğv etməsini etirazların sakitləşməsi kimi qiymətləndirmək bir qədər tələskənlikdir. Şah rejimi də belə geriçəkilmələrdən bir neçəsini etmişdi. 1978-ci ilin yayında şah Gestaponun İran variantı olan SAVAK-ın başçısı Nemətulla Nasirini istefaya göndərdi, dərhal da 300-dək siyasi məhbusu həbsdən azad etdi.
Nasirinin dalınca baş nazirlər Cəmşid Əmuzigar, Cəfər Şərif İmami, Qulamrza Azari fasilərlə istefaya getdilər. Şah xalqın qarşısına çıxıb “qələt eləmişəm” bəyanatı versə də, etirazlar dayanmadı. İndi də tələsik nəticələr çıxarılmamalıdır. Kim bilir, bəlkə, bu Əxlaq polisinin ləğvi qərarı da proseslərin nəzarətdən çıxdığının göstəricisidir. Bəlkə molla rejimi artıq çökmək üzrədir.
Odur ki, Azərbaycan Tehran rejimlərinin tarixi təcrübəsindən nəticə çıxarmalı, Əxlaq polisinin ləğv edilməsi haqda qərardan tələsik nəticələr çıxarmamalıdır. Prosesi yaxından izləməli, etirazlar səngiməsə, Tehran rejiminin çökməsi ssenarisinə hazır olmalıdır. Baş Qərargah Azərbaycan Ordusunun müttəfiqləriylə birgə Tehranı götürmə və Kəngər körfəzinə çıxma planını hazırlamalıdır. Bu gün İran adlanan ərazi tarixi Azərbaycan dövlətlərinin əraziləri olub və indi də Azərbaycan Respublikasının tərkibinə qatılmalıdır. Oranın tikə-parça edilməsi, yerində Kürdüstan, Əhvaz və s. kimi qondarma dövlətlərin yaradılması regionu xaosa sürükləyə bilər. Ən doğru olan, tarixi inkişafa uyğun olaraq İran adlı süni dövlətin ləğv edilib, Azərbaycana birləşdirilməsidir. Eyni şey Rusiyanın dağılacağı təqdirdə Şimali Qafqaza da aiddir.
Yuxarıda yazılanlara görə bir çoxları müəllifi xəyalpərəstlikdə, populizmdə və imperializmdə günahlandıra bilər. Amma unudulmamalıdır ki, tarixi proseslərin sürətləndiyi və yavaşıdığı mərhələlər olur. Dünyada heç kəsin ağlına gəlməyən proseslərin baş verdiyi bir zamanda niyə Azərbaycanın sərhədlərinin Kəngər körfəzindən başlaması istisna edilməlidir?