NATO zirvəsi əndişəsi
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
19:38 | 1 aprel 2024 | Bazar ertəsi
Məqaləyə 382 dəfə baxılıb
Şriftin ölçüsü
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Rumıniya NATO-dan antidron sistemlərinin təcili verilməsini istədi
ABŞ Polşaya əlavə 5 min əsgər göndərir
ABŞ NATO-nun çevik qüvvələrində iştirakını azaldır
Alyans boğaza müdaxiləni nəzərdən keçirir
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
“Ursa Major”un kimin batırdığı məlum deyil
Çəkilmə təhdidi olsa da, Avropanın ABŞ-dən asılı qalmasına çalışılır
ABŞ-nin NATO ilə bağlı sərt “seçimlər” gündəmdə – Avropa ölkəsi alyansdan çıxarıla bilər
Tramp NATO müttəfiqlərini “yaxşı” və “pis” ölkələrə böldü
Trampdan NATO və Roma Papası barədə sərt sözlər
Trampın alyansa qarşı hansı təsir imkanları var?
Tramp-Rutte zirvə görüşündə NATO böhranı
“Onlar bizim yanımızda deyilsə, biz niyə onların yanında olaq?”
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
NATO ilə Rusiya arasındakı gərginliyə Finlandiya da qoşulub. Mümkün müharibənin dəhşətli ssenarisinə sərt reaksiya bu dəfə Rusiya ilə nəhəng sərhədə malik olan ölkədən gəlib.
Ötən aylarda Türkiyənin təsdiqi ilə NATO-ya daxil olan Finlandiya sözün əsl mənasında müharibəyə hazırlaşır. Laplandiya Sərhəd Mühafizəsi ilə Rusiya ordusu arasında cəmi 32 kilometr meşəlik olan ərazi “Arktikanın Spartası” adlanır.
Finlandiya ordusunun keçmiş generalı, hazırda isə parlament üzvü olan Pekka Toveri “The Sun”a Putin ordusunun Finlandiyaya mümkün hücumundan sonra bölgədə Rusiya qırğınının baş verəcəyini təklif edib və “Hərçənd bizim uzun sərhədimiz var. Amma hərbi hücumlardan qorunmaqla bağlı inanılmaz istedadımız var”.
Finlandiyanın şimalında və şimal qütbündə ola biləcək bir müharibə ilə bağlı qiymətləndirmələr edən Pekka sözlərini belə davam etdirib: “Bu bölgələrdə müharibə başlasa, bu, çox çətin şəraitdə baş verəcək. Biz bunu əvvəllər də etmişik. 1939-cu ildə 200 min rus əsgərini öldürmüşdük”.
***
24 fevral 2022-ci ildə Rusiya tanklarının Ukraynaya hücumu ilə başlayan müharibədən əvvəl Kiyev administrasiyası ilə müttəfiq olan Qərb ölkələri Şərqi Avropa ölkəsinə yalnız “Javelin” tank əleyhinə raketlər göndərdi. İşğal irəlilədikcə ABŞ başda olmaqla Qərb blokunun Ukraynaya verdiyi silahların çeşidi artdı. ABŞ-ın 2022-ci ilin yazında orta mənzilli idarə olunan çoxillik raket sistemi “HIMARS”ı Ukraynaya təhvil verməsi işğalçının sürətini yavaşlatdı və müharibənin taleyini dəyişdi. Rusiyanın şərq və cənub cəbhələrində irəliləyişinin qarşısı alınarkən ukraynalılar yayın sonunda əks hücuma keçərək ölkənin ikinci böyük şəhəri Xarkov və cənubda strateji əhəmiyyətli Xerson şəhərini və ətrafını işğaldan azad etməyə nail oldular.
Vladimir Putinin əks-hücumdakı məğlubiyyətə cavabı Ukraynanın mühüm infrastruktur obyektlərinə raketlər yağdırmaq olub. Kiyev səmasında ilk dəfə İran istehsalı olan “Şəhid-136” kamikadze silahlı pilotsuz uçuş aparatlarının göründüyü hücum dalğası qış mövsümü olaraq “Patriot” və digər Qərb hava hücumundan müdafiə sistemlərinin Ukraynaya çatdırılmasına zəmin hazırladı.
Fransa prezidenti Emmanuel Makron fevral ayında Rusiyanın Ukrayna müharibəsində məğlubiyyətinin Avropanın təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıdığını bildirib. Makron bildirib ki, Ukraynaya daha çox hərbi yardım göndərilməsini müzakirə etmək üçün bir araya gətirdiyi Avropa liderləri Ukraynaya qoşun göndərilməsi ilə bağlı konsensusa gələ bilməyiblər. Makron, "Lakin heç bir variant gözardı edilməməlidir. Biz Rusiyanın qalib gəlməsinin qarşısını almaq üçün lazım olan hər şeyi edəcəyik" dedi.