
Yaponiyada zəlzələ
6,1 bal gücündə təkanlardan sonra sunami xəbərdarlığı olmayıb
6,1 bal gücündə təkanlardan sonra sunami xəbərdarlığı olmayıb
İtirilən status 34 ildən sonra geri alındı
Sərnişin təcili çıxış qapısını açmağa çalışdı, təyyarə təcili eniş etdi
Ev təsərrüfatlarından isti ilə əlaqədar su üçün əlavə ödəniş alınmayacaq
Turistlər rezervasiyaları ləğv edirlər
Baş nazir İsiba Şiqeru deyir ki, ÜDM daraldığından maliyyə vəziyyəti yaxşı deyil
Bahalaşan qiymətlərdən sonra yaponiyalı nazirin açıqlaması böhrana səbəb olub
Dövlətin hər uşağa görə verdiyi stimul məbləğ çox vaxt xərclərə kifayət etmir
Yaponiyada hökumətin duzun azaldılması kampaniyası başlayıb
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
“100 km hündürlüyə qalxıb 800 km məsafə qət edib”
10 ölkədən birgə bəyanat
Asiya ölkəsində ölənlərin sayı yeni doğulanlardan iki dəfə çox olub
Nəhəng çuxur yük maşınını “udulmuşdu”
Dil, üslub hadisəsi var, amma nəsr hadisəsi yoxdur
Bununla vacib infrastruktur və ərazilər təbii fəlakətdən xilas olacaq
Yaponiyanın Okinava əyalətində yerləşdirilən ABŞ əsgərlərinə qarşı cinsi təcavüz iddiaları gündəmdə qalır. Məlum olub ki, 2021-ci ildən bəri ölkənin Aomori, Kanaqava və Yamaquçi əyalətlərində yerləşən ABŞ əsgərlərinin təqsirləndikləri daha 5 cinsi zorakılıq hadisəsi baş verib. Aomori əyalətinin polisindən verilən açıqlamada, 2 ABŞ hərbçisinin 2021 və 2022-ci illərdə müvafiq olaraq “zorlama” şübhəsi ilə prokurorluğa sövq edildiyi, lakin işlərə baxılmadığı bildirilib. O zaman ictimaiyyətə çatdırılan məlumat məxfilik səbəbi ilə ətraflı olmayıb.
***
Kanaqava əyalətinin polisi, 2022-ci ildə cinsi təcavüzdə şübhəli bilinərək prokurorluğa sövq edilən ABŞ əsgəri və bu ilin əvvəlində “uyğunsuz davranış” şübhəsi ilə həbs edilən hərbçi haqqında ictimaiyyətə məlumat vermədiklərini təsdiqlədi. Hər iki hadisədə şübhəli şəxslərə qarşı heç bir iddia qaldırılmadığı bildirilsə də, zərərçəkmişlərin psixoloji sağlamlığı və şəxsi həyatının toxunulmazlığı nəzərə alınaraq o zaman işlərin ictimaiyyətə açıqlanmadığı bildirilib. Yamaquçi əyalətinin polisi həmçinin bir ABŞ hərbi qulluqçusunun 2022-ci ildə zorla qeyri-adekvat davranışda şübhəli bilinərək prokurorluğa göndərildiyini açıqlayıb.
***
Təxminən 30 min ABŞ hərbçisinə ev sahibliyi edən Yaponiya, son zamanlar ABŞ əsgərlərinin də iştirak etdiyi cinsi təcavüz iddiaları ilə gündəmə gəlib. ABŞ Hərbi Hava Qüvvələrinin 25 yaşlı əməkdaşı Brennon Vaşinqtonun keçən il dekabrın 24-də Okinava əyalətindəki Yomitan kəndindəki parkdan evinə qayıdan 16 yaşlı qıza cinsi təcavüz etdiyi ictimaiyyətə məlum olub. Bildirilib ki, 21 yaşlı ABŞ dəniz piyadası Ceyml Kleyton mayın 26-da Yomitan kəndində qadını zorlamağa cəhd etdikdən sonra həbs edilib.
***
Hadisələrin ictimai reaksiyaya səbəb olmasından sonra açıqlama verən Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Yoşimasa Hayaşi mətbuatda dərc olunan cinsi təcavüz iddialarına əlavə olaraq, Okinava əyalətində xidmət edən ABŞ əsgərləri ilə bağlı daha 3 cinsi zorakılıq hadisəsi aşkarlandığını açıqlayıb. Hadisələrin 2023-cü ilin fevral, avqustunda və bu ilin yanvarında bildirildiyini, lakin təfərrüatları açıqlamadığını bildirən Hayaşi, hər 3 işdə şübhəlilərə qarşı heç bir iddia açılmadığına dair məlumatı paylaşıb. Hayaşi, “ABŞ hərbçiləri tərəfindən cinsi təcavüz cinayətlərinin törədilməsi son dərəcə kədərlidir. Biz ABŞ hakimiyyət orqanlarından yerli əhalinin böyük narahatlığına səbəb olan bu cür hadisələrin qarşısının alınması üçün lazımi tədbirlər görmələrini xahiş etməyə davam edəcəyik”.