
“Evdə tək – 2” real həyatda
15 yaşlı uşaq səhv təyyarəyə minib İtaliyaya uçdu
15 yaşlı uşaq səhv təyyarəyə minib İtaliyaya uçdu
Erməni lobbisinin mərkəzi sayılan Marsel siyahının başında yer alıb
Skandinaviya ölkələri belə istidən yanır
Həbsxanalarda artan hücumlar hökuməti yeni tədbirlər görməyə vadar edir
Sidney səkkiz nüvə sualtı qayığı ilə donanmasını gücləndirəcək
Bütün göstəricilər üzrə 0.2 faiz artım var
“Məhkumları həbsxanadan “uçurmaq” üçün istifadə edilə bilər”
Qatil tibb bacısı istintaqında 3 yeni həbs
Hərbi maşınlara lazer silahları quraşdırılacaq
Sığınacaqdan qaçan ayılar bir həftəlik balı yedilər
Rejim tərəfdarlarını döydükləri üçün
Azadlıq günü, konstitusiyası yoxdur – yazılmayan, amma dəyişdirilməyən qaydaları var
“Sonsuz kimyəvi maddə” adlanan trifloresan turşusu ömür boyu davam edir
Böyük Britaniya kəşfiyyatının tarixində bir ilk
İngiltərədə nəhəng piton xəbərdarlığı
Gündə 4 reys həyata keçiriləcək Frankfurt-London marşrutu müddəti 5 saata endirilə bilər
İngiltərə Müdafiə Nazirliyinin verdiyi açıqlamada İngiltərənin ilk hərbi peyki tərəfindən toplanan görüntülərin müttəfiq ölkələrlə paylaşılacağı bildirilib.
BBC-nin sitat gətirdiyi bəyanatda Nazirlik bildirib ki, Ukraynadakı müharibə kosmosdan istifadənin hərbi əməliyyatlar üçün son dərəcə vacib olduğunu göstərib.
“Tyche” adlı peyk milyarder texnologiya sahibkarı İlon Maskın əsasını qoyduğu “SpaceX”ə məxsus raketlə ötən həftə kosmosa buraxılıb.
Nazirlikdən verilən məlumata görə, hərbi məlumatlarla yanaşı, peykdən əldə edilən məlumatlar ekoloji fəlakətlərin monitorinqi, informasiya xəritələrinin hazırlanması və iqlim dəyişikliyinin qlobal təsirlərinin izlənməsi kimi istifadələr üçün Britaniya hökumətinin digər bölmələrindən də əldə edilə bilər.
Alman Xəbər Agentliyinin (DPA) məlumatına görə, təxminən paltaryuyan maşın ölçüsündə olan “Tyche” peyki İngiltərədə “Surrey Stalets Technology” ilə imzalanan 22 milyon funt sterlinq (28 milyon dollar) müqavilə əsasında dizayn və istehsal edilib. Peyk bütövlükdə Müdafiə Nazirliyinə məxsus ilk peykdir.
“Surrey Stalets Technology” havaya qalxdıqdan bir neçə saat sonra “Tyche”dən ilk siqnalları alıb. Beləliklə, peykin “Transporter 11” missiyası çərçivəsində “SpaceX Falcon 9” raketi ilə Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri bazasından uğurla orbitə buraxıldığı təsdiqlənib.
Kosmik Tədqiqat, Müşahidə və Kəşfiyyat (ISR) proqramı çərçivəsində İngiltərə Müdafiə Nazirliyi tərəfindən kosmosa buraxılması planlaşdırılan peyklərdən ilki olan 150 kiloqramlıq qurğu 5 il İmgiltərə Silahlı Qüvvələrinə dəstək olmaq üçün kosmosdan görüntülər təqdim edəcək.
Müdafiə təchizatı və sənayedən məsul nazir Mariya İql bildirib ki, “Tyche” peyki hərbi əməliyyatlar üçün kritik məlumatlar və hökumət vasitəsilə daha əhatəli missiya dəstəyi verəcək.