İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
14:11 | 21 avqust 2024 | Çərşənbə
Məqaləyə 446 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
İranın BMT-dəki (BMT) Daimi Nümayəndəliyi bəyan edib ki, “HƏMAS” lideri İsmayıl Haniyənin öldürülməsi ilə bağlı Tehranın İsrailə gözlənilməz və təəssüf doğuracaq cavabımız qurudan da ola bilər.
İran Tələbələr Xəbər Agentliyinin (İSNA) məlumatına görə, Tehranın BMT-dəki Daimi Nümayəndəliyi “İran Qəzzada atəşkəs danışıqlarının nəticəsi bəlli olana qədər İsrailə cavabını qəsdən təxirə salıbmı?” sualına aşağıdakı cavabı verib.
Nümayəndəliyin yaydığı bəyanatda, “İranın cavabının iki aşkar nəticəsi olmalıdır. Birincisi, təcavüzkar terrorizm və İranın milli suverenliyinin pozulmasına görə cəzalandırmalıdır. İkincisi, İranın çəkindirici gücünü gücləndirməli və gələcəkdə İsrail tərəfindən istənilən hücumun qarşısını almalıdır. O, peşman olmalıdır”, – deyilir.
Açıqlamada, İranın cavabının mümkün atəşkəsə mənfi təsir etməməkdən ibarət olduğu ifadə edilərək, “İranın cavabı, yəqin ki, İsrailin ən az ehtimal edəcəyi vaxt və şərtlər daxilində olacaq. Onların gözləri göydə və radar ekranında olduğu üçün yerüstü hücum və ya hər ikisi ilə ardıcıl hücum ola bilər”, – deyilir.
İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanının müavini Əli Fedevi dünən verdiyi açıqlamada “Haniyənin qisasının nə vaxt və necə alınacağını müəyyənləşdirəcəyik və bu, mütləq baş verəcək” deyib.
SEPAH sözçüsü Əli Məhəmməd isə, “zaman bizim xeyrimizədir. Düşmən vurulma vaxtını gözləsin”, – deyib.