
Trampdan Çikaqo təhdidi
“Deportasiya qoxusunu sevirəm”
“Deportasiya qoxusunu sevirəm”
Polşada hərbi pilot həlak oldu, aviaşou ləğv edildi
“İstefa etməsə, vəzifəsindən kənarlaşdıracağam”
Təyyarənin endirə bilən təcrübəli pilot faciənin qarşısını aldı
Çimərliklər bağlandı
... Sosial şəbəkədə etirazlar yağdı
Alyaska – ortodoks kilsələri, raket bazaları və siyasi mühacirlərin sığınacağı
Kreml Tramp-Putin görüşləri ərəfəsində köhnə palan içi tökür
Tramp Vaşinqtona əsgər yığır
Putin ABŞ-a satılan Alyaskaya səfər edən ilk Rusiya lideri olacaq
Obama, oğul və ata Buşun portretləri Ağ Evdə ziyarətçilərin görmədiyi yerə aparıldı
Hafizəmizdən silinməyəcək mənzərə
ABŞ-da yüzlərlə təyyarənin gecikməsi, onlarla reysin ləğvi minlərlə sərnişinə təsir etdi
Pekin Vaşinqtonun tarif təhdidlərinə qarşı əməkdaşlığı genişləndirir
Minimum gömrük qiymətləri 10%-dən 15-ə qaldırıldı
ABŞ Prezidenti yaxın günlərdə yeni FED üzvü və statistikasının rəhbərini açıqlayacaq
Konfrans Şurası ABŞ istehlakçılarının tendensiyalarını ölçən “İstehlakçı etibar indeksi” üzrə avqust məlumatlarını açıqlayıb. “Conference Board” İstehlakçı Etibar İndeksi, bu ayda bazar gözləntilərini aşaraq aylıq 1,4 bənd artaraq 103,3-ə yüksəlib.
Halbuki gözləntilər istehlakçı inamının bu dövrdə 100,9-a çatacağı yönündə idi.
Adıçəkilən indeks iyulda 101,9 olaraq hesablanıb.
Amerikalı istehlakçıların cari biznes və əmək bazarı şərtləri ilə bağlı qiymətləndirmələrini əks etdirən “Cari vəziyyət indeksi” də avqust ayında 1,3 bənd artaraq 134,4-ə yüksəlib.
İstehlakçıların gəlir, iş və əmək bazarı şərtləri ilə bağlı qısamüddətli qiymətləndirmələrini əks etdirən “Gözləntilər indeksi” eyni dövrdə 1,4 bənd artaraq 82,5-ə yüksəlib.
Avqustda orta hesabla 12 aylıq inflyasiya gözləntiləri yüzdə 4,9-a enərkən, bu dəyər 2020-ci ilin mart ayından bu yana ən aşağı göstərici olub.
Qiymətləndirmələri şərhə daxil edilən Konfrans Şurasının baş iqtisadçısı Dana Peterson, istehlakçı inamının avqust ayında artsa da, son iki ildə hökm sürən dar diapazonda qaldığını söyləyib.
İstehlakçıların avqust ayında cari və gələcək iş şərtləri ilə bağlı iyul ayına nisbətən daha müsbət olduğunu, lakin əmək bazarı ilə bağlı daha çox narahat olduqlarını ifadə edən Peterson, bu vəziyyətin yəqin ki, son zamanlar işsizliyin artmasını əks etdirdiyini qiymətləndirdi.