Almaniyada “kabab savaşı”
KFC türk iş adamına uduzmaq üzrədir
10:46 | 29 avqust 2024 | Cümə axşamı
Məqaləyə 372 dəfə baxılıb
Şriftin ölçüsü
KFC türk iş adamına uduzmaq üzrədir
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
Daha bir Avropa ölkəsində 72 saatlıq böhran ehtiyatı xəbərdarlığı
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
Tehran Avropaya yaxınlaşaraq Vaşinqton üzərində təzyiqi artırmağa çalışır
Azərbaycan istiqamətinə uçuşlar istisna siyahısında
İbadət məkanları pulsuzluq səbəbindən bağlanır, Avropa kultu tənəzzüllə qarşı-qarşıya
Yanğın riski səbəbilə 210 mindən çox avtomobil geri çağırılır
Avropa Birliyi yeni gömrük qaydaları hazırlayır
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
Almaniyada 50 milyard avroluq qənaət çağırışı
“Blokadanızı donanmamızla yararıq”
Anım mərasiminə qatılan Merz etirazla qarşılandı
Almaniya kanslerinin Ukrayna haqda danışarkən səsi titrədi
Maddi dəyəri 10 min avro idi
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
Almaniyaya qeyri-qanuni immiqrasiya davam etdikcə artan zorakılıq hökuməti əsəbiləşdirməyə başladı. Solingen hücumundan sonra mühacir əleyhinə siyasət aparan partiyaların səslərində sıçrama olub, hakim Sosial Demokratlar-Yaşıllar və Liberallara isə təzyiqlər artıb. Qırmızı-Sarı və Yaşıl koalisiyası qeyri-qanuni immiqrasiya siyasətinə görə səsvermədə çoxluğunu itirib və növbəti seçkilərdə məğlub olacaq kimi görünür.
Bunun üçün hökumət də müxalifətlə konsensus axtarır... Ana müxalifət partiyası CDU-nun lideri Fridrix Merz, baş nazir Şolzla və prezident Ştaynmayerin də iştirak ilə keçirilən 70 dəqiqəlik görüşdə ciddi tədbirlər görülməsi və fövqəladə vəziyyət elan olunması gündəmə gətirilib. Fövqəladə vəziyyətlə Aİ və Brüsselin nəzarətindən kənar tədbirlər görüləcək.
Fövqəladə vəziyyət rejimindən əvvəl bu həftə sonu xüsusi sammit keçiriləcək. Daxili İşlər Naziri Nensi Fizerin (SPD) rəhbərliyi altında ana müxalifət CDU adından Torsten Frey, Hessen əyalətinin qubernatoru Boris Rheyn, Aşağı Saksoniya əyalətinin qubernatoru Stefan Ueil, Hökumət adından Marko Buşmann (Liberallar, Ədliyyə Nazirliyi), İqtisadiyyat naziri Robert Habek, Yaşıllar və qaçqınlar adına yardımı təşkil edən Əmək Nazirliyi sammitdə bir araya gələcək.
***
“Bild” qəzetində yer alan məlumata görə, hökumətin ilk planı qaçqınlara maddi yardımı kəsməkdir. İlk olaraq başqa bir AB üzvü ölkə vasitəsilə Almaniyaya daxil olanların maliyyə yardımı kəsiləcək. Artıq ödəniş kartları buraxılmayacaq. Onlara minimum sosial xidmətlər göstəriləcək. Onlara ancaq yataq yeri, çörək və yemək, sabun və şəxsi gigiyena vasitələri veriləcək.
***
Bu insanlar Almaniyaya ayaq basan kimi ayda adambaşına 375 avro nağd yardım və digər hüquqlar almağa başlayıblar. Qeyri-qanuni çoxuşaqlı ailəyə 2500 avro məbləğində xalis yardım edilib və onların sığınacaq qəbulu zamanı digər ödənişlərlə birlikdə bu rəqəm 5000 avronu keçib. Sığınacaq prosedurları hələ də davam edən insanların bundan necə təsirlənəcəyi sammitdə verilən qərarlarla aydınlaşacaq.
***
Deportasiyalar daha asan və daha sürətli olacaq. Digər AB-yə üzv ölkələrdən Almaniyaya gələnlərin təxminən 100 mini türklərdir. Onların bir çoxunun sənədləşməsi hələ də davam edir.
İlkin prosedurları tamamlanmış və Almaniyadan qərar verilərək deportasiya edilməli olan 242 min 642 qeyri-qanuni mühacir var ki, onlardan 13 min 523-ü Türkiyə vətəndaşıdır. Haqqında deportasiya qərarı çıxarılanların 10340-ı suriyalı olub və onların arasında Solingen qatili də var.
***
Həmin şəxsləri izləmək mümkün olmadığından yardım ödənişləri dayandırılmayıb və onların hesablarına yatırılmağa davam edilib. Ötən il yalnız 829 suriyalı deportasiya oluna bilmişdi. Deportasiya olunmağı gözləyən və izlərini itirmiş türklərdən əlavə 24 min 566 İraq, 14 min 339 Əfqanıstan və 12 min 776 Rusiya vətəndaşı var. Onların hamısı Almaniyada qalmağa davam edir. Çünki heç bir iş görmədən hesablarına minlərlə avro yatırılır.
***
Dublin Qərarlarına əsasən, bu insanların demək olar ki, hamısı ilk ayaq basdıqları AB-yə üzv olan ölkəyə ekstradisiya ediləcəkdi. Lakin bu qərarı həyata keçirmək mümkün olmadı. Ancaq cəmi 10 minə yaxın qaçqın geri göndərilə bildi. Bir hissəsi Türkiyəyə, bir hissəsi isə Xorvatiya, Yunanıstan, Bolqarıstan kimi ölkələrə verilib. Bununla belə, 2023-cü ilin yanvar-noyabr ayları arasında deportasiya edilən 4122 əcnəbidən 2106-nın Almaniyaya qayıtdığı bildirilir.