vaxtlı-vaxtında oxuyun! Şənbə, 31 yanvar 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
ASİYA  
“Donanmanın bazaya ehtiyac var” 15:44 | 8 sentyabr 2024 | Bazar Məqaləyə 495 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Donanmanın bazaya ehtiyac var”

Şimali Koreya lideri hərbi dəniz qüvvələrinin gücləndirilməsinə çalışır

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Şimali Koreya lideri Kim Çen In hərbi-dəniz bazasının tikinti sahəsinə baxış keçirərkən dəniz qüvvələrinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Kim, “Ən böyük döyüş gəmilərini idarə etmək üçün dəniz bazası qurmaq təcili vəzifəyə çevrilib. Çünki biz dok qurğuları ilə birləşə bilməyən böyük yerüstü döyüş gəmilərinə və sualtı qayıqlara sahib olmağa yaxınıq”, – deyib.

Sahəyə baxış zamanı Kim gəmilər üçün silah sistemlərini işlədə bilən limanın tikintisinin zəruriliyini vurğulayıb və bazanın müdafiəsi üçün sahildə zenit müdafiə sistemlərinin yerləşdirilməsi üçün hərbi tədbirləri açıqlayıb.

Kim bildirib ki, bazanın ərazisi şərq və qərb tərəfdən dənizlə əhatə olunmuş ölkə üçün strateji yer olduğundan geosiyasi üstünlüklərə malikdir.

Xəbərdə bazanın harada tikiləcəyi dəqiq göstərilməyib.