vaxtlı-vaxtında oxuyun! Cümə, 31 oktyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
AVROPA  
“Bir saat ərzində ...” 15:41 | 10 fevral 2025 | Bazar ertəsi Məqaləyə 282 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Bir saat ərzində ...”

Avropa Birliyi Amerikaya cavab verməyə hazırdır

FATEH

MÖVZU İLƏ ƏLAQƏLİ

Almaniyada seçkilər fevralın 23-də keçiriləcək seçkilərlə əlaqədar Almaniya kansleri Olaf Şolz mühafizəkar rəqibi Fridrix Merzlə debat çıxıb. Televiziya ilə canlı yayımlanan debatda baş nazir ABŞ-ın Avropa İttifaqına tariflər tətbiq edəcəyi təqdirdə Avropanın “bir saat ərzində” cavab verməyə hazır olduğunu bildirib.

Rəy sorğularında Merzdən çox geridə olan Şolz, ABŞ-ın tariflər tətbiq edəcəyi təqdirdə blokun cavab verəcək “sərt tədbirlər siyahısı” ilə bağlı suala, “Bəli, bunu ən ehtiyatlı diplomatik şəkildə ifadə etmək lazımdır. Biz Avropa Birliyi olaraq bir saat ərzində tədbir görə bilərik”, –cavabını verib.

ABŞ prezidenti Donald Tramp dəfələrlə ABŞ-ın ən böyük ticarət tərəfdaşlarına tariflər tətbiq etməklə hədələyib və onları Amerikanın rifahından istifadə etməkdə ittiham edib.