Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
01:02 | 10 aprel 2014 | Cümə axşamı
Məqaləyə 1435 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Ermənistanda qutudan kim çıxacaq ...
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
Avropa İttifaqı (Aİ) enerji üzrə ali komissarı Günter Öttinger (Günther Oettinger) aprelin 8-də Brüsseldə qaz sənayesi nümayəndələri ilə Təchizatın təhlükəsizliyi üzrə dəyirmi masaya və Qaz Koordinasiyası Qrupu ilə görüşə sədrlik edib. Bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat verib.
Hər iki görüşün məqsədi üzv ölkələrdə təchizat məsələsinin gözdən keçirilməsi, qısa və orta müddətli dövrdə qaz təchizatı təhlükəsizliyini təmin etmək üçün mümkün tədbirlərin müzakirəsi olub.
Qeyd edək ki, görüşlər Aİ Şurasının mart sammitinin nəticələrinə həsr olunmuşdu. Aİ Komissiyası Sammitdə Aİ enerji təhlükəsizliyinin dərindən araşdırılmasını və 2014-cü ilin iyun ayınadək Aİ enerji asılılığının azaldılması üçün hərtərəfli plan təqdim etməyi öhdəsinə götürmüşdü.
Qaz Koordinasiyası qrupu hökumətlərin və Avropa şirkətlərinin təbii qaz üzrə ekspertlərindən təşkil olunub. Qrup qaz təchizatının təhlükəsizliyi ilə bağlı üzv ölkələrin fərdi fəaliyyətini əlaqələndirmək üçün Aİ-nin «Qaz təchizatının təhlükəsizliyi» ilə bağlı normativ sənədinə uyğun olaraq yaradılıb.
Bundan əlavə, təchizatın təhlükəsizliyi üzrə dəyirmi masada qaz sektorunu təmsil edən şirkət və cəmiyyətlər qaz təchizatının təhlükəsizliyi məsələsi üçün görüləcək müvafiq tədbirləri müzakirə ediblər.
Aİ qaz təchizatında tranzit rolu oynayan Ukraynanın enerji naziri Prodanın rəhbərlik etdiyi nümayəndə heyəti də görüşdə iştirak edib. İştirakçılar xüsusən qaz infrastrukturunun təkmilləşməsi ilə bağlı son nailiyyətlərin bir sıra Aİ üzv ölkələrinin vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırdığını bildiriblər.
Görüşdə daxili enerji bazarının Aİ qaz təchizatı təhlükəsizliyinin əsasını təşkil etməsi, eləcə də qaz sənayesinin həlledici rolu da vurğulanıb.
Bütün iştirakçılar qaz bazarında çevikliyin Avropada təchizatın təhlükəsizliyini artıracağını etiraf ediblər. Bu səbəbdən qazın saxlanmasını və alternativ daxili istehsal mənbələrinin rolunun diqqətlə tədqiq olunmasını təsdiqləyiblər.
Qaz Koordinasiyası Qrupu və qaz sənayesi nümayəndələri enerji təhlükəsizliyi ilə bağlı apardığı dərin tədqiqat işində Aİ Komissiyasını dəstəklədiklərini bildiriblər. İştirakçılar görüşün nəticələrinə uyğun olaraq gələcəkdə lazım gələrsə, köməklərini əsirgəməyəcəklərini deyiblər.