Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
13:56 | 21 fevral 2025 | Cümə
Məqaləyə 493 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Rusiya İmperiyasının Xarici Siyasət Arxivi və Rusiya Dövlət Qədim Aktlar Arxivində belə bir məlumat var ki, Rusiya imperatoru I Pyotr Səfəvi şahı II Təhmasibi oğurlamaq istəyib.
Azərbaycan torpaqları uğrunda Osmanlı və Rusiya arasında mübarizə gedib. I Pyotr Rusiyanı Şərq-Qərb ticarətində vasitəçi dövlətə çevirməyə çalışıb.
I Pyotr hərbi ekspedisiyalar göndərməklə Xəzər sahilinin qərbində və cənubunda yerləşən əyalətlərin işğalını davam etdirmək qərarına gəlir. 1722-ci ilin oktyabr ayında İsfahanı ələ keçirmiş əfqanların yaxın vaxtda Gilana yürüşü gözlənildiyindən ruslar tez-tələsik oranı zəbt edirlər. 1724-cü il sentyabrın 24-də isə imperator Cənubi Qafqazda rus və türk mülklərinin sərhədlərini təyin etmək üçün göndərilmiş general-mayor A.İ.Rumyantsev erməniləri Gilana köçməsi üçün tapşırıq verir. Noyabrın 10-da general-mayor G.S. Kropotova və Bakı və Dərbənd komendantlarına verilən əmr belə idi: “Ermənilərə “yardım” verin, istəyənləri Bakıda, Salyanda, Dərbənddə və ətraf kəndlərdə yerləşdirin”.
Rus qoşunları Xəzəryanı əyalətlərin bir hissəsini işğal etdikdən sonra I Pyotr, II Təhmasib tərəfindən səlahiyyətlərindən məhrum edilmiş Şahın elçisi İsmayıl bəyə Dərbənddən Gilana qədər olan torpaqları, habelə Şamaxı, Mazandaran və Astarabadı Səfəvi dövləti tərəfindən Rusiyaya güzəştə getməsi barədə müqavilə təklif edir. 1723-cü il sentyabrın 12-də göstərilən şərtlər əsasında Peterburqda Rusiya ilə müqavilə imzalanır. II Təhmasib isə əvvəlcədən hüquqi əsasdan məhrum olan bu müqaviləni təsdiqləməkdən qəti boyun qaçırır.
Bunu eşidən Pyotr məsləhətçisi Petr Tolstoy və Qavril Qolovkin ilə II Təhmasib Şaha qarşı plan hazırlayırlar.
Kartli çarı Hüseynqulu xan və Səfəvi elçisi İsmayıl bəyə tapşırıq verir. Plana görə onlar Şahı razı salmalı, əks təqdirdə onu gürcülərin əli ilə oğurlayıb rus qoşunları olan əraziyə gətirməli idilər. İslamı qəbul etmiş VI Vaxtanq Hüseynqulu xan kimi tanınırdı. Şahı 1723-cü il müqaviləsini qəbul etməyə razı salmaq üçün hərəkətə keçməsinə baxmayaraq II Təhmasib Şah onlara qulaq asmır.
Bu zaman Səfəvi torpaqlarına Osmanlı ordusunun daxil olması xəbəri Pyotra xəbər edilir və plan pozulur. Osmanlılarla müharibəyə girmək istəməyən Rusiya onlara bu bölgəni bölüşdürmək barədə müqavilə bağlamağı təklif edir. 1724-cü il iyulun 12-də İstanbulda Rusiya ilə müqavilə imzalanır.
Şahın keçmiş elçisi İsmayıl bəy vətənində xain edilir və geri qayıda bilmir. Ömrünün sonuna qədər Rusiyada qalmağa məcbur olur.