“Lukoil”un neft emalı zavodu vuruldu
PUA hücumu nəticəsində Perm şəhərində strateji obyekt zədələnib
21:18 | 1 mart 2025 | Şənbə
Məqaləyə 364 dəfə baxılıb
Şriftin ölçüsü
PUA hücumu nəticəsində Perm şəhərində strateji obyekt zədələnib
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
İnternetdən sonra mobil rabitədə də məhdudiyyətlər olacaq
Bomba hərbi qarnizonun poçt qutusuna yerləşdirilib
Rusiyanın Qara dənizdəki limanına bir həftədə ikinci hücum
3 arsenal, 3 anbar, 2 logistik mərkəz məhv edildi
Kreml yanacaq istehsalında “dövlət planı” modelinə qayıdır
Neft zavoduna zərbələr nəticəsində güclü yanğın baş verdi
Azərbaycan istiqamətinə uçuşlar istisna siyahısında
Putin Pasxa bayramına görə döyüşlərə fasilə verdi
Zelenskinin Türkiyə səfərinin ardınca XİN rəsmisi Mərkəzi Asiyaya gedib
Gündə milyon barel ixrac edən əsas neft limanlarından birində böyük dağıntı
İbadət məkanları pulsuzluq səbəbindən bağlanır, Avropa kultu tənəzzüllə qarşı-qarşıya
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
Almaniyada 50 milyard avroluq qənaət çağırışı
“Blokadanızı donanmamızla yararıq”
Almaniyanın xarici işlər naziri Annalena Birbok paytaxt Berlində verdiyi açıqlamada, Ağ Evdən gələn videolar səbəbiylə yata bilmədiklərini ifadə edərək, “Təəssüf ki, bu pis bir yuxu deyil, acı bir reallıq idi”, – deyib.
Almaniyalı nazir ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında Ağ Evdə yaşanan gərginliklə bağlı “Yeni qəddarlıq dövrü başlayıb”, – deyib.
Yaşanan dəhşətin əvvəlkindən daha böyük olduğunu ifadə edən Birbok, “Dünən gecə bunun xüsusi nümayiş olundu. Yeni qəddarlıq dövrü başladı. Bu, qaydalara əsaslanan beynəlxalq nizamı və qanunun gücünü ən güclülərə qarşı həmişəkindən daha çox müdafiə etməli olduğumuz acınacaqlı bir dövrdür. Əks halda, qonşusu özündən güclü olan heç bir azad ölkə rahat yaşaya bilməz”, – deyib.
Birbock, buna görə də dünyada güclülərin qanunu deyil, qaydalara əsaslanan beynəlxalq nizamı və qanunun gücünü müdafiə edənlərlə işlədiklərini ifadə edərək, “Biz avropalılar olaraq həmişəkindən daha güclü liderlik etməli, maraqlarımızı və beynəlxalq hüququ qətiyyətlə müdafiə etməliyik, – deyib.
Suveren və azad Ukraynanın yanında olduqlarını bildirən nazir, “Ukrayna azad və demokratik Avropanın bir parçasıdır”, – deyib.
Vladimir Putinin Rusiyasının 3 il əvvəl beynəlxalq hüququ pozduğunu və səbəbsiz olaraq Ukraynaya hücum etdiyini qeyd edən Birbok, “Nəyin doğru, nəyin yanlış olduğuna heç vaxt arxayın olmamalıyıq”, – deyib.
Heç kimin ukraynalılardan daha çox sülh istəmədiyini vurğulayan Birbok, “Düşmən mövzusunda heç kim yanılmasın. O, Kiyevdə və ya Brüsseldə deyil, Kremldə tək oturur. Biz heç vaxt cinayəti törədənlə zərərçəkmiş arasında münasibətlərin dəyişməsini qəbul edə bilmərik”, – deyib.
ABŞ-ın diplomatik səylərinin də vacib olduğunu vurğulayan Birbok, “Ancaq sülh ədalətli və qalıcı olmalıdır. Rusiyanın növbəti hücumuna qədər sadəcə fasilə verilməməlidir”, – deyib.
Hadisəni törədənin və qurbanın yerinin dəyişdirilməsi beynəlxalq hüquq və bir çox ölkənin təhlükəsizliyinin sonu olacağını ifadə edən Birbok, bunun ABŞ-ın gələcəyi üçün də bir fəlakət olacağı xəbərdarlığını edib.
“Çünki cinayətkar və qurban anlayışı dəyişdikdə, çətin ki, hər hansı bir ölkə ölkə ən qədim demokratiya və ən güclü hərbi gücün etibarlılığına daha çox güvənə bilsin, – deyə Birbok vurğulayıb.
Avropanın təhlükəsizliyi üçün hərəkətə keçməyə çağıran Birbok deyib: “Biz Almaniyada yeni hökumət qurulana qədər gözləyə bilmərik, çünki vəziyyət ciddidir”.
Birbok Almaniyanın bu tarixi dövrdə liderliyi ələ almalı olduğunu vurğulayaraq, “Dünya, xüsusilə Avropa bizə baxır. Amma dünyada heç kim Almaniyada danışıqların yekunlaşacağını gözləmir”, – deyib.
Almaniyanın xarici işlər naziri Baerbok həm Almaniyadan, həm də Avropadan Ukraynaya daha çox dəstək verməyə və bu istiqamətdə tədbirlər görülməyə çağırıb.