İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
08:20 | 3 mart 2025 | Bazar ertəsi
Məqaləyə 477 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
İranın strateji məsələlər üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərifin istefa verdiyi bildirilir. İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, strateji məsələlər üzrə vitse-prezident Zərif istefa məktubunu prezident Məsud Pezeşkiana təqdim edib.
Bildirilib ki, Pezeşkian Zərifin istefa məktubuna hələ də cavab verməyib.
Maraqlıdır ki, vitse-prezident Zərifin istefası parlament tərəfindən iqtisadiyyat naziri Əbdelnasser Himməti vəzifəsindən azad edildikdən sonra baş verib. İqtisadi problemlər qarşısında səmərəsiz olmaqda günahlandırılan Himməti dünən İran parlamenti tərəfindən vəzifəsindən uzaqlaşdırılıb.
***
Sabiq prezident Həsən Ruhaninin dövründə 2013-2021-ci illər arasında xarici işlər naziri vəzifəsini icra edən Zərif 2015-ci ildə imzalanan nüvə sazişinin memarlarından biri olub. Zərif avqustda prezident Pezeşkian tərəfindən strateji məsələlər üzrə vitse-prezident təyin edilib.
Ultra-mühafizəkar qrupların hədəfinə çevrilən Zərif avqust ayında hökumət parlamentdə etimad səsverməsi aldıqdan sonra istefa verəcəyini eyham etmişdi, lakin sonradan vəzifəsinə davam etdi.
Zərif son olaraq İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunda (WEF) hicab qadağası və HƏMAS-ın 2023-cü il oktyabrın 7-də hücumları ilə bağlı verdiyi açıqlamalara görə ölkədəki ultra-mühafizəkar qrupların tənqidinə tuş gəlib. Bəzi qruplar Tehran və Məşhəddə Zərifə qarşı nümayişlər keçirib.