İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
16:48 | 8 mart 2025 | Şənbə
Məqaləyə 483 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
İran dövlət televiziyasının məlumatına görə, paytaxt Tehranda 17 milyard dollar dəyərində enerji investisiya layihəsinin imzalanması mərasimində çıxış edən prezident Məsud Pezeşkian ölkənin enerji probleminə və bunun nəticəsində bir neçə ay əvvəl baş vermiş elektrik enerjisinin kəsilməsinə toxunub.
Enerji sektorunda həddindən artıq və yersiz istehlakın cəmiyyətin təməl problemlərindən biri olduğunu bildirən Pezeşkiyan, “Həddindən artıq istehlakın qarşısını alaraq enerji sektorunda qıtlıq və balanssızlıqdan yaranan problemləri həll etməliyik və bunu xalqın iştirakı ilə mütləq edəcəyik”, – deyib.
Çətin qış dövrü keçirdiklərini ifadə edən Pezeşkiyan, “Bizim tankerlərdəki qaz ehtiyatları elektrik stansiyalarının tələbatını ödəməyə kifayət etmirdi. Təbii ki, Neft və Energetika Nazirliyindəki dəyərli həmkarlarımız böyük zəhmətlə hasilatı artırmaq və bu çətin dövrü bağlamaqla yol verilən nöqsanları aradan qaldıra bildilər və əhali qışda qazsız qalmadı. Elektrik kəsintilərinə görə ictimaiyyətdən bir daha üzr istəyirəm”, – deyib.
***
Pezeşkian ölkədə quraqlıq və həddindən artıq istehlak nəticəsində yaranan su qıtlığına da diqqət çəkərək, “Hazırda ciddi su böhranı yaşayırıq. Bundan düzgün istifadə etməsək, problemlər yaşayacağıq. Planlarımızı həyata keçirmək üçün optimal su istehlakı kampaniyasına ehtiyacımız var”, – deyib.
İranda davam edən quraqlıq səbəbindən bəndlərdə suyun səviyyəsinin aşağı düşdüyü bildirilib.
Tehranın Su İdarəsi martın 6-da verdiyi açıqlamada yay aylarında suyun kəsilməsinin qarşısını almaq üçün əhalini istehlakını 20 faiz azaltmağa çağırıb.