İran–ABŞ gərginliyində kritik gözlənti
Hörmüz boğazı açılacaqmı?
17:22 | 8 mart 2025 | Şənbə
Məqaləyə 506 dəfə baxılıb
Şriftin ölçüsü
Hörmüz boğazı açılacaqmı?
“BMT ABŞ ilə Qərb dövlətlərinin rəhbərliyi altında təzyiq arenasına çevrilib”
Bazarlar İran–ABŞ danışıqlarını izləyir
Çəkilmə təhdidi olsa da, Avropanın ABŞ-dən asılı qalmasına çalışılır
İranın iddiası təkzib olundu
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
Suriya–İraq coğrafiyasında balans dəyişir, Türkiyə hərəkətə keçdi
Müharibə ritorikalarının azalması qara qızıla təsir etdi
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
“Düşmən yeni mərhələyə keçib, ölkəni daxildən çökdürməyi hədəfləyir”
Tramp: “Blokada nüvə razılaşmasına qədər davam edəcək”
Tramp: “Onların artıq heç bir hərbi gücü qalmayıb”
Qara qızıl dörd ilin maksimumuna çatdı
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
İsrail, ABŞ və Azərbaycan arasında üçtərəfli strateji müttəfiqlik yaratmaq üçün danışıqlar aparılır.
Bu barədə İsrail parlamentində (Knesset) Baş nazir Benyamin Netanyahunun kabinet üzvü və milli missiyalar naziri Orit Ştrak məlumat verib.
“Yerusalim Post” yazır ki, Knessetdə “İsrail və Azərbaycan arasında strateji müttəfiqliyin möhkəmləndirilməsi” mövzusunda müzakirələr zamanı deputat Simon Moşiaşvili hökumətin Bakı ilə əlaqələrin daha da inkişaf etdirilməsi üçün hansı addımlar atdığını soruşub.
Parlament müzakirələrinin təşəbbüskarı olan Moşiaşvili Azərbaycanla strateji müttəfiqliyin müasirləşdirilməsi və bu ölkənin İbrahim sazişləri çərçivəsinə daxil edilməsinin mümkünlüyü məsələsini qaldırıb.
Deputatın sözlərinə görə, Azərbaycan uzun müddətdir ki, İsrailin regional təhlükəsizlik arxitekturasının mühüm elementi olmasına baxmayaraq, o, Amerika sanksiyalarından əziyyət çəkməkdə davam edir (söhbət Azadlıq Aktının bədnam 907-ci bölməsindən gedir).
İsrailli deputat Azərbaycanda yəhudi icmasının unikal statusunu da vurğulayaraq, onu “nümunəvi, fəal, firavan və xüsusilə birləşmiş” və dünyada yeganə müsəlman ölkəsində tam dövlət dəstəyi ilə mövcud olan icma adlandırıb.
“Azərbaycan yeganə müsəlman ölkəsidir ki, İsraillə əlaqələr təkcə hakim elita ilə məhdudlaşmır, həm də geniş əhali arasında dərin dəstək qazanıb”, – o vurğulayıb.
Millət vəkili çıxışında qeyd edib ki, 7 oktyabr hadisələrindən sonra da Azərbaycan müsəlmanları İsrailin Bakıdakı səfirliyinə gül dəstələri gətirərək, xatirə şamları yandıraraq, öz dəstəklərini bildiriblər.
Baş nazir Benyamin Netanyahunun adından deputatın çıxışını cavablandıran nazir Orit Ştrak deyib:
“Azərbaycan İsrailin Qafqazda mühüm strateji müttəfiqidir və bizim əlaqələrimiz təhlükəsizlik, ticarət, enerji və texnologiya sahələrində əməkdaşlığı əhatə edir”.
O, “İsrail və Azərbaycan arasındakı münasibətlərin qarşılıqlı maraqlara və çoxillik dostluğa əsaslanan unikal tərəfdaşlıq üzərində qurulduğunu” bildirib.
Onun sözlərinə görə, İsrail Azərbaycan və ABŞ ilə əməkdaşlığı gücləndirməkdə davam edəcək və onu pozmağa yönəlmiş istənilən cəhdə qəti şəkildə qarşı çıxacaq.
Nazir onu da qeyd edib ki, ölkələr arasında dialoq qarşılıqlı səfərlərdə, o cümlədən İsrail prezidentinin Azərbaycana səfəri və Azərbaycanın milli təhlükəsizlik müşavirinin İsrailə səfərində özünü göstərir.
"Bu münasibətlər İsrailin regionda müttəfiqlikləri gücləndirməyə və digər müsəlman ölkələri ilə körpülər qurmağa yönəlmiş daha geniş regional siyasətinə uyğundur", – Ştruk əlavə edib.
Öz növbəsində, İsrailin Baş Nazirlik Ofisi bəyan edib ki, ölkə İsrail, Azərbaycan və ABŞ arasında güclü üçtərəfli tərəfdaşlıq qurmaq üçün davamlı danışıqlar aparır. Bu danışıqlar həm də Azərbaycana qarşı tətbiq edilən ədalətsiz sanksiyaların ləğvinə aiddir.