
Əhaliyə verilən qazın tərkibinə hava vurulur?
Ekspert hiddətləndi, «Azəriqaz» açıqlama verdi
Ekspert hiddətləndi, «Azəriqaz» açıqlama verdi
Qurumun balansında olan əsas vəsaitlərin əvəzsiz olaraq digər hüquqi şəxslərin balansına köçürüldüyü üzə çıxıb
Milyonlarla manatlıq qaz niyə itkiyə gedir…
Təbii qazın verilişində niyə tez-tez fasilələr yaranır?
Bakının bu rayonlarına qaz verilməyəcək
Qanunun tələblərini pozmaqla...
... Amma problem var
ARDNŞ işçilərinin sayı 30 minədək endiriləcək
Mirvari Qəhrəmanlı vitse-spikerin «təzə təzək» təklifinə hiddətləndi
ARDNŞ 1 nəfərin ölməsi, 3 nəfərin yaralanması ilə bitən faciəni təsdiqlədi
Əvəzində «Etalon təhlükəsizlik» MMC yaradıldı
Şirkət qovulanların işlə təmin olunduğunu deyir, ekspertlərsə əksini...
Azərbaycanlılara hörmətsizlik etdiyi üçün...
ARDNŞ 20 min neftçiyə «xudahafiz» deyəcək
«Ötən il ölkə üzrə qaz itkisi 1 milyard kubmetrdən çox olub». Bunu virtualaz.org saytına açıqlamasında Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı bildirib.
Hüquq
müdafiəçisi dedi ki, rəhbərlik etdiyi təşkilat qaz itkisi ilə bağlı araşdırmanı
başa çatdırıb: «Təəssüf ki, qaz itkisinin həcmi azalmır. Bu ilin birinci
yarısında qaz itkisi 195 milyon kubmetr - fevralda 165 milyon kubmetr, martda
isə 145 milyon kubmetr təşkil edib».
M.Qəhrəmanlı qeyd etdi ki, «Azəriqaz» İstehsalat Birliyi uzrə illik itki norması 6 faizdir. Bu isə ildə 315 milyon kubmetr qaz deməkdir: «Ancaq bu il hələ cəmi ilk üç ay ərzində «Azəriqaz»da artıq 495 milyon kubmetr qaz itkisi olub. «Azəriqaz» bu ilin birinci rübündə normadan artıq 180 milyon kubmetr qaz itkisinə yol verib. Əhalinin «mavi yanacaq»dan istifadə üzrə ödənişləri isə 90 faiz olub. Bu itkilərə birbaşa cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin rəhbərliyi, konkret olaraq qurumun istismar və satış şöbəsidir».