
Trampdan Çikaqo təhdidi
“Deportasiya qoxusunu sevirəm”
“Deportasiya qoxusunu sevirəm”
Polşada hərbi pilot həlak oldu, aviaşou ləğv edildi
“İstefa etməsə, vəzifəsindən kənarlaşdıracağam”
Təyyarənin endirə bilən təcrübəli pilot faciənin qarşısını aldı
Çimərliklər bağlandı
... Sosial şəbəkədə etirazlar yağdı
Alyaska – ortodoks kilsələri, raket bazaları və siyasi mühacirlərin sığınacağı
Kreml Tramp-Putin görüşləri ərəfəsində köhnə palan içi tökür
Tramp Vaşinqtona əsgər yığır
Putin ABŞ-a satılan Alyaskaya səfər edən ilk Rusiya lideri olacaq
Obama, oğul və ata Buşun portretləri Ağ Evdə ziyarətçilərin görmədiyi yerə aparıldı
Hafizəmizdən silinməyəcək mənzərə
ABŞ-da yüzlərlə təyyarənin gecikməsi, onlarla reysin ləğvi minlərlə sərnişinə təsir etdi
Pekin Vaşinqtonun tarif təhdidlərinə qarşı əməkdaşlığı genişləndirir
Minimum gömrük qiymətləri 10%-dən 15-ə qaldırıldı
ABŞ Prezidenti yaxın günlərdə yeni FED üzvü və statistikasının rəhbərini açıqlayacaq
ABŞ Təhsil Nazirliyi Prezident Donald Trampın qurumun yenidən qurulması planının bir hissəsi kimi ilkin olaraq 4000-dən çox işçi qüvvəsindən 1300-nün ixtisar etməyi planlaşdırır.
Dünən nazirlik rəsmilərinin elan etdiyi ixtisarlar nazirliyin normal fəaliyyətini davam etdirə biləcəyi ilə bağlı suallar yaradıb. İşdən çıxarılmalar, Trampın federal hökuməti ixtisar etmək səylərinin bir hissəsi olaraq əmr etdiyi daha geniş ixtisarın bir hissəsidir. Veteranlarla İş Departamentində, Sosial Təminat İdarəsində və digər qurumlarda da minlərlə ixtisarın olacağı gözlənilir.
Nazirliyin aparat rəhbəri Reyçel Oqlesbi də Nyu-York, Boston, Çikaqo və Klivlend kimi şəhərlərdə bəzi binaların icarəsinə xitam verildiyini açıqlayıb. Oqlesbi vurğulayıb ki, bu dəyişikliklər departamentin Mülki Hüquqlar Ofisinə və ya federal yardımın məktəblərə paylanması kimi Konqresin səlahiyyət verdiyi funksiyalara təsir etməyəcək.
keçmiş qaydasız döyüş mütəxəssisi, WWE (World Wrestling Entertainment) fondunun direktoru, yeni təhsil naziri Linda MakMahon Senat tərəfindən təsdiqləndiyi gün idman jarqonu ilə desək “nokaut” effektli qərar verib. Nazir martın 3-də işçilərə ünvanlanan bir videoda, dərin ixtisarlara hazırlaşmağı söyləyib. O bildirib ki, nazirliyin “son vəzifəsi” bürokratik şişkinliyi aradan qaldırmaq və nazirliyin səlahiyyətlərini ştatlara ötürməkdir.
Departament dünən öz işçilərinə e-poçt göndərərək, Vaşinqtondakı qərargahının və regional ofislərinin bağlanacağını və sabah yenidən açılmazdan əvvəl girişin məhdudlaşdırılacağını bildirdi. Bağlanmanın yeganə səbəbi kimi dəqiqləşdirilməmiş “təhlükəsizlik səbəbləri” göstərilib.