İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
22:57 | 13 mart 2025 | Cümə axşamı
Məqaləyə 393 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
ABŞ administrasiyası İranın neft naziri Möhsün Paknecada və İran neftini daşıyan gəmiləri idarə edən bəzi şirkətlərə qarşı sanksiyalar tətbiq edib. Maliyyə Nazirliyinin bəyanatında həmçinin Çin və Hindistan da daxil olmaqla müxtəlif ölkələrdə fəaliyyət göstərən, İran neftini daşıyan gəmilərə sahib olan və ya onları idarə edən bəzi şirkətlərin sanksiyalar siyahısına əlavə edildiyi bildirilib.
Bəyanatda qeyd olunub ki, İranın neftini Çinə daşımaq üçün istifadə etdiyi “kölgə donanması” və digər gəmilərə bu sanksiyalarla təzyiqlər artırılıb. Bununla da Tramp hakimiyyətə gələndən sonra tətəbiq etdiyi “maksimum təzyiq” taktikasına uyğun olaraq ABŞ-ın İranın neft ixracını sıfıra endirmək öhdəliyi gücləndirilib.
ABŞ-ın maliyyə naziri Skott Bessent sanksiyalarla bağlı açıqlamasında, “İran rejimi ölkənin böyük neft ehtiyatlarından əldə etdiyi gəlirləri İran xalqı hesabına öz dar və həyəcanverici şəxsi maraqlarını həyata keçirmək üçün istifadə etməyə davam edir”, – deyib.
Bessent vurğulayıb ki, ABŞ Maliyyə Nazirliyi “rejimin sabitliyi pozan fəaliyyətini” maliyyələşdirmək cəhdlərinə qarşı mübarizə aparacaq və onların qarşısını alacaq.
Digər tərəfdən, ABŞ Dövlət Departamenti də İrandan neft və ya neft məhsullarının alqı-satqısı, əldə edilməsi, satışı, daşınması və ya marketinqi üçün bilərəkdən əhəmiyyətli bir əməliyyatda olduqlarını əsas gətirərək üç şirkəti də sanksiyalar siyahısına əlavə edib.