
53 yaşlı zərif cəngavər
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Rəsmi Kiyev Kremlin “NEZ”iylə oynamayacaq
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
Zelenski Trump-Putin görüşünə Kiyevsiz hər hansı razılaşmanı rədd edir
Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
“Saky” bazası hədəfə alındı, bombardman təyyarələri vuruldu
“Müharibənin əvvəlində bizi Rusiya nefti almağa təşviq edirdi”
Görəsən, onun zəifləməkdə məqsədi nədir?”
Almaniyaya təhdid, Ukraynada irəliləyiş
Avropa Birliyi liderləri Si Cinpinin açıqlamalarına sərt cavab verdi
Vaşinqton Ukraynaya 322 milyon dollarlıq silah satışına razılıq verdi
ABŞ Ukraynaya zirehli texnika və raket sistemləri göndəriləcək
Azərbaycan və Rusiya münasibətlərindəki böhran hara gedir?!
Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlar
Rusiya və Ukrayna çərşənbə günü 175 məhbusu dəyişdiriblər. Sərbəst buraxılan əsgərlər bir çox bölgələrdə, o cümlədən Mariupolda, Azovstal polad zavodunda, Donetskdə, Luqanskda, Xersonda, Xarkovda, Nikolayvda, Zaporojyada, Sumidə və hətta Kurskda əsir götürülüb. İki ölkənin şimal sərhəddində sərbəst buraxılan məhbuslar Ukraynanın Çerniqov şəhərindəki xəstəxanada onları gözləyən ailə üzvləri ilə görüşüblər.
“Onların hamısı dərhal lazımi tibbi və psixoloji yardım alacaqlar”, – Zelenski “X” sosial media platformasında yazıb.
Ukrayna lideri hərbi əsirlərə, eləcə də onların azad edilməsinə şərait yaradan tərəfdaşlarına minnətdarlığını bildirib: “Biz həmçinin bugünkü mübadiləni mümkün etdiyinə görə bütün tərəfdaşlarımıza, xüsusən də Birləşmiş Ərəb Əmirliklərinə minnətdarıq”.
Çərşənbə günü Rusiya daha ağır yaralanmış 22 məhbusu “xoşməramlı jest” olaraq azad edib. Zelenski bu məhbusların “mübadilədən kənar” fərqli danışıqlar prosesi ilə geri qaytarıldığını söyləyib.
Ukrayna lideri bildirib ki, bütün hərbi əsirlərin və əsir götürülən mülki şəxslərin azad edilməsi sülhə doğru mühüm addım olacaq və iki ölkə arasında etimad yarada bilər.
Mübadilə ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putin və Zelenski ilə atəşkəs şərtlərini müzakirə etmək üçün telefon danışığından sonra baş verib. İki lider hələ də danışıqlar mərhələsində olan məhdud atəşkəs haqqında razılığa gəliblər.