İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
13:51 | 25 mart 2025 | Çərşənbə axşamı
Məqaləyə 379 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
İranın xarici işlər naziri Abbas Araqçı ABŞ-la müharibə ehtimalını istisna edərək, ölkənin yüksək hazırlıq səviyyəsinin hər hansı bir xarici təhlükəyə qarşı çəkindirici olduğunu vurğuladı, lakin İranın belə bir müharibə ssenarisinə hazır olduğunu deyib.
İranın rəsmi xəbər agentliyi İRNA-nın xəbərinə görə, Araqçı İran Qızıl Aypara rəsmiləri ilə görüşündə “silahlı qüvvələr, yardım qrupları, hökumət və xalqın ayıq və hazır olduğunu”, – bildirib.
“İrandakı hazırlıq səviyyəsi hər hansı bir tərəfin bizə hücum etmək fikrindən daşındırır, çünki hamı bunun ağır nəticələrindən xəbərdardır... Əminəm ki, müharibə olmayacaq, çünki biz belə bir ssenariyə tam hazırıq”, – deyə Araqçı bildirib.
Dünən İran mediası bildirib ki, İran XİN rəhbəri Tehranın hazırkı strategiyasının ABŞ-la dolayı danışıqlara yönəldiyini bildirib. Onun açıqlamaları bu il martın 13-də mətbuata müsahibəsi kontekstində verilib.
Araqçı deyib ki, İranın ali lideri Əli Xameneyi “maksimum təzyiq siyasəti altında Vaşinqtonla birbaşa danışıqlara girməyin məntiqi əsasının olmadığına inanır”.
Digər tərəfdən, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals dünən bir daha bəyan edib ki, Vaşinqton təkcə uranın zənginləşdirilməsinin məhdudlaşdırılmasını deyil, həm də İranın nüvə proqramının tamamilə aradan qaldırılmasını tələb edir.
Vals bu gün “CBS News”a deyib: “Biz İranın nüvə proqramının tamamilə sıradan çıxarılmasını istəyirik. İran bütün dünyanın təsdiq edə biləcəyi şəffaf şəkildə öz nüvə proqramından əl çəkməlidir. Bütün variantlar masadadır və İranın nüvə ambisiyalarından tamamilə əl çəkməsinin vaxtıdır”.