İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
23:33 | 28 mart 2025 | Cümə
Məqaləyə 165 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
ABŞ prezidenti Donald Tramp son həftələr İrana husilərə verdiyi dəstək barədə xəbərdarlıq edib və Tehrana nüvə proqramı ilə bağlı danışıqlar təklif edən məktub göndərib. İranın xarici işlər naziri Abbas Araqçı məktubda təhdidedici hissələr olduğunu bildirib.
ABŞ prezidenti Donald Tramp keçən həftə Tehrana məktub göndərərək, İranın nüvə proqramı ilə bağlı danışıqlar aparmağı təklif edib.
Tramp isə husilərə qarşı geniş hücumlar təşkil edib və İranın husilərə yardım etdiyini bəyan edib. Tramp İranı husilərə dəstəyini dayandırmağa çağırıb və yardımın dayandırılmaması halında İranın məsuliyyət daşıyacağına işarə edib.
Husilərə qarşı hücumlar davam edərkən, ABŞ “Ruh” ləqəbli “B-2 Spirit” bombardmançı təyyarələrini Hind okeanındakı Dieqo Qarsiya adasına yerləşdirdi.
“Axios” ABŞ rəsmisinə istinadən xəbər verir ki, bombardmançıların yerləşdirilməsi İranla bağlı deyil. Bildirilib ki, bombardmançı təyyarələr bunkerləri məhv edən bombalar daşıya bilir. Bombardmançılar İranın nüvə obyektləri hədəfə ala bilər.
Böyük Britaniyada çıxan “The Telegraph” qəzetinin məlumatına görə, Dieqo Qarsiyaya üç “B-2” bombardmançı təyyarəsi gəlib, daha dörd bombardmançı təyyarənin yerləşdiriləcəyi gözlənilir.
ABŞ prezidenti Donald Tramp deyib ki, Tehran ABŞ-la nüvə danışıqlarını rədd etməkdə davam edərsə, İranın başına “pis şeylər gələcək”.
Hüquq müşaviri Alina Habbanın Nyu Cersi ştatının baş prokuroru təyin edilməsi ilə bağlı Ağ Evdə təşkil olunan andiçmə mərasimində Tramp jurnalistlərin suallarını cavablandırıb.
“Mən bu yaxınlarda onlara məktub göndərdim və dedim ki, siz bu və ya digər şəkildə qərar verməli olacaqsınız, ya danışacağıq, ya da İranın başına çox pis şeylər gələcək”, - Tramp Tehranın nüvə proqramı ilə bağlı sualı cavablandırarkən deyib: “Və mən bunun olmasını istəmirəm”.