Rusların Serbiya qapısı da bağlanır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
07:41 | 2 aprel 2025 | Çərşənbə
Məqaləyə 215 dəfə baxılıb
Şriftin ölçüsü
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Avropada yeni enerji qərarı qüvvəyə minir
Brüssel Moskvaya qarşı növbəti sanksiyalar paketini hazırlayır
Putinlə danışıqlar üçün bir neçə namizəd var
Rusiya sanksiyaları ilə bağlı London Brüssel “Brexit”dən sonra ən böyük fikir ayrılığı yaşayır
Avropada satılan ərzaq məhsullarında qadağan olunmuş pestisidlər aşkarlanıb
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
“Gömrük tarifləri dərhal çox daha yüksək səviyyəyə qaldırılacaq”
Çəkilmə təhdidi olsa da, Avropanın ABŞ-dən asılı qalmasına çalışılır
Daha bir Avropa ölkəsində 72 saatlıq böhran ehtiyatı xəbərdarlığı
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
Tehran Avropaya yaxınlaşaraq Vaşinqton üzərində təzyiqi artırmağa çalışır
Yanğın riski səbəbilə 210 mindən çox avtomobil geri çağırılır
Avropa Birliyi yeni gömrük qaydaları hazırlayır
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
Yeni qanun siqaret və tütün məmulatlarının impuls alışını məhdudlaşdırmaq üçün nəzərdə tutulub, müəyyən ölçülü supermarketlərə də onların tamamilə satışı qadağan edilib.
Çərşənbə axşamı Belçikada qüvvəyə minən yeni qanun mağazalarda siqaret və digər tütün məmulatlarının nümayişini qadağan edir. Bundan əlavə, supermarketlər və sahəsi 400 kvadratmetrdən çox olan mağazalar artıq siqaret sata bilməyəcək.
Tədbirlər siqaret və digər asılılıq yaradan məhsulların görünməsini azaltmaqla impuls alışını cilovlamağa yönəlib və Belçikanın tütündən istifadəni tamamilə aradan qaldırmaq planının bir hissəsidir.
“Biz 2040-cı ilə qədər tüstüdən azad nəsil hədəfləyirik”, – Belçikanın Səhiyyə Naziri Frank Vandenbroukke rəhbərlik etdiyi proqram yanvarın 1-də birdəfəlik elektron siqaretlərə qadağa qoyulması ilə başladı. “Məqsədimiz 2040-cı ilə qədər tüstüdən azad bir nəsil yaratmaqdır” deyən Vandenbrouk, siqaretin tamamilə qadağan ediləcəyi ilə bağlı iddiaları rədd edib.
“İndi mağazalarda siqaret və ya elektron siqaretin nümayişi qadağandır. Bu o demək deyil ki, bu məhsulları almaq qadağandır. Onları yenə də almaq olar, ancaq satıcıdan soruşmaq lazımdır”, – o əlavə edib.
“Mağazalar yeni qaydaya uyğunlaşmağa çalışır”
Pərakəndə satışçılara tütün məmulatlarının saxlanması ilə bağlı konkret təlimat və ya avadanlıq verilməyib. Beləliklə, hər bir mağaza – əl istehsalı plastik pərdələrdən tutmuş, yalnız açıldıqda işıqlanan rəf sistemlərinə qədər – həlli özü tapmalıdır.
Tütün dükanının sahibi Cenni Van Vaerenberq, “Hökumət bizi heç bir ləvazimatla təmin etmədiyi üçün məyusedicidir. Onlar lazımi avadanlıqları təmin etməli idilər”.
Brüsseldə yaşayan tələbə və siqaret çəkən Malak Şatuani deyib ki, sadəcə olaraq bir məhsulu gözdən uzaq saxlamaq insan vərdişlərini dəyişməyəcək.
Şatuani, “Biz asılılıqlardan danışırıq. İnsanlar yalnız siqaret rəflərdə olmadığı üçün birdən-birə buraxmayacaqlar”.
Amma bəziləri deyir ki, bu tədbir gəncləri siqaretdən çəkindirə bilər.
Başqa bir siqaret çəkən Emili Fayt, “Mən hesab edirəm ki, bu, yaxşı bir tədbirdir, çünki uşağımın siqaret çəkməsini istəmirəm. Çünki onu buraxmaq həqiqətən çətindir”.
Planın növbəti mərhələsi, ictimai terraslarda siqaret çəkilməsinin qadağan edilməsi hələ də Belçika qanunvericiləri tərəfindən təsdiqini gözləyir.