Merkelin təqaüdü səs-küy yaratdı
Dövlət hesabına mühafizə və imtiyazlar cəmiyyət tərəfindən müzakirə olunur
22:16 | 3 aprel 2025 | Cümə axşamı
Məqaləyə 212 dəfə baxılıb
Şriftin ölçüsü
Dövlət hesabına mühafizə və imtiyazlar cəmiyyət tərəfindən müzakirə olunur
100 milyardlıq layihənin ləğvi Avropanın müdafiə planlarına zərbə vurdu
Almaniya BMT Təhlükəsizlik Şurasına seçilə bilmədi
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Avropada yeni enerji qərarı qüvvəyə minir
Brüssel Moskvaya qarşı növbəti sanksiyalar paketini hazırlayır
İtaliyada avtomobil elektron üsulla soyuldu, sığorta ödənişdən imtina etdi
Putinlə danışıqlar üçün bir neçə namizəd var
Rusiya sanksiyaları ilə bağlı London Brüssel “Brexit”dən sonra ən böyük fikir ayrılığı yaşayır
Avropada satılan ərzaq məhsullarında qadağan olunmuş pestisidlər aşkarlanıb
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
Almaniyada erkən seçki çağırışları güclənir
“Gömrük tarifləri dərhal çox daha yüksək səviyyəyə qaldırılacaq”
Alman televiziya ulduzu Türkiyədə saç əkimindən sonra xəstəxanalıq oldu
Çəkilmə təhdidi olsa da, Avropanın ABŞ-dən asılı qalmasına çalışılır
CDU/CSU son sorğuda AfD-yə getdikcə daha çox uduzur. Fridrix Merzin də populyarlığı azalıb. Fevralın 23-də Bundestaq seçkilərində XDİ və CSU-nun qələbə çalmasından sonra müşahidə etdikləri azalma tendensiyası davam edir.
“Forsa”ın RTL və n-tv adından keçirdiyi sorğunun nəticələrinə görə, hazırda Xristian Demokratlar birlikdə cəmi 25 faiz səs toplayır ki, bu da son seçkilərdə toplanılan səsdən 3,5 faiz azdır. Beləliklə, CDU/CSU hələ də ən böyük qüvvədir, lakin AfD-dən bir qədər irəliləyib. “Forsa”nın çərşənbə axşamı dərc etdiyi sorğuya görə, anti-immiqrant, ifrat sağçı AfD 24 faiz səs toplayıb.
Kansler Şolzun partiyası SPD isə hələ də 3-cüdür. Digər partiyalar üçün yalnız cüzi dəyişikliklər var. Sorğunun nəticələrinə görə, SPD 15 faizlə üçüncü ən güclü partiya olaraq qalır, respondentlərin 12 faizi isə Yaşılları dəstəkləyir. Sol Partiyanın 10 faiz nisbəti var. “Sahra Wagenknecht Alliance” (BSW) və FDP 4 faizdə qalır.
Riyazi olaraq belə nəticə o demək olardı ki, ehtimal olunan koalisiya tərəfdaşları CDU/CSU və SPD Bundestaqda çoxluğa malik olmayacaq.
Keçən dekabr ayı ilə müqayisədə Fredrix Merzə etibar etməyənlərin faizi 60 faizdən 70 faizə yüksəlib. Ən populyar siyasətçilərin reytinqi də Merz üçün yaxşı görünmür.
SPD-nin müdafiə naziri Boris Pistorius RTL və n-tv populyarlıq reytinqində birinciliyi qoruyub saxlayır.
Merz Robert Habeck (7-ci yer), Markus Söder (6-cı yer) və Qreqor Qisidən (4-cü yer) sonra səkkizinci yerdədir.
Almanlar iqtisadiyyatdan narahatdır
Respondentlərin 49 faizi çətin iqtisadi vəziyyəti xüsusilə vacib məsələ kimi göstərib. Bunun ardınca 46 faiz ilə Rusiya-Ukrayna müharibəsi və 40 faiz ilə ABŞ-NATO və müdafiə məsələsi gəlir. Almaniyada hökumətin qurulması 39 faiz, immiqrasiya və mühacirət cəmi 10 faiz, Türkiyədəki hadisələr isə 7 faiz qeyd edilib.
Almaniyadakı problemlərlə hansı partiyanın ən yaxşı şəkildə məşğul ola biləcəyini soruşduqda, CDU/CSU 21 faizlə birinci olub. Ancaq bu nisbət ümumi seçkilərdən sonra (27 faiz) aşağıdır. Ondan sonra AfD 12 faiz, SPD 9 faiz, Yaşıllar 7 faiz və Sol Partiya 5 faiz səslə gəlir. 43 faizinin heç bir partiyaya etibarı yoxdur... “Forsa” 25-31 mart tarixləri arasında “Trendbarometr” üçün 2508 vətəndaş arasında sorğu keçirib. Səhvlərin statistik həddi + 2,5 faiz bəndi kimi verilib. 1009 nəfərə partiyaların siyasi səriştəsi, 1002 nəfərə isə Merzin etibarlılığı barədə sual verilib. Populyarlıq sorğusu 26-28 mart tarixləri arasında keçirilib. “Forsa” 1508 nəfərlə müsahibə aparıb.