
Çoxmədəniyyətli sistemə keçid
Cənubi Koreya artan miqrant axınına qarşı inteqrasiya sürətləndirilir
Cənubi Koreya artan miqrant axınına qarşı inteqrasiya sürətləndirilir
Hava limanlarında tətillər, sığorta problemləri, kadr böhranı və gecikmələr sistemi iflic edir
Uçuş gecikmələri və ləğvlər nəyi göstərir?
Leipzigə məcburi eniş
“Nasist qanunu” ilə amerikalılar vətəndaşlıqdan məhrum ediləcək
Ölkə sürətlə qocalır, işçi çatışmazlığı getdikcə artır
Almaniya Bundestaqının kritik ailə birləşməsi qərarı
Kaliforniya qubernatoru Trampa cavab verdi, əvəzində ABŞ prezidenti qubernatoru təhqir etdi
“İnsanlar qorxu və təlaş içərisindədir”
Tramp: “Ölkənin bölünməsinə imkan verməyəcəyik”
Almaniya hökumətinin ailə birləşməsini ləğv etdiyinə görə sərt tənqidi
Küçələrə çıxan Milli qvardiya miqrantlarla müharibə aparır
Merz və Tramp Ağ Evdə bir-birlərinə nə hədiyyə etdilər?
“Yer üzündəki cəhənnəm”dən qayıdan Qarsiya ABŞ-da mühakimə olunacaq
11 ABŞ zabiti və 8 miqrant Cibutidə konteynerdə qapalı qalıb
Sərhəddəki sərt nəzarət 3 həftədir alman polisini yorur
Almaniyada on minlərlə mühacir ölkədə qalmaq hüququ qazanıb. Federal Hökumətin verdiyi məlumata görə, 28 Fevral 2025-ci ilə qədər İmmiqrasiya Qanununun 104-ci maddəsinə uyğun olaraq “chancenaufenthaltsrecht” (yaşayış hüququ) çərçivəsində 82 474 nəfər yaşayış icazəsi alıb. Bu adamlardan 5 970 nəfərin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Yəni bu şəxslər ya pasport təqdim etməyiblər, ya da aidiyyəti qurumlara yalan məlumat veriblər. Bəzi hallarda məmurlar bu insanların hamısına qalmaq hüququ da verərkən səhvlərə yol veriblər.
***
Bu hüquqi tənzimləmə Almaniyada ən azı beş il yaşayan və əvvəllər yalnız müvəqqəti “tolerant” (Duldung) statusuna malik olan immiqrantlar üçün hazırlanıb. 2022-ci ilin sonunda qüvvəyə minən qanun ərizəçilərə 18 ay ərzində daimi yaşayış yeri əldə etmək imkanı təqdim edib. Bunun üçün ilkin şərtlər əsasən alman dilində danışa bilmək, özünü işi ilə təmin edə bilmək və şəxsiyyətini sübut edə sənəd olub.
***
Yeni qanun immiqrantlara nəinki qalmaq hüququ verir, həm də “Asylbewerber-Leistungsgesetz” əvəzinə birbaşa “Bürggeldi” qəbul etmək hüququ verir. Bu vəziyyət xüsusilə sosial yardımlar baxımından ciddi dəyişiklik deməkdir.
***
Qanun daha çox kimliyi müəyyən edilə bilməyən insanlara yaşayış hüququ verdiyi üçün mübahisə obyekti olub. Federal Hökumətin verdiyi məlumata görə, 2023-cü ildə 4291, 2024-cü ildə 1631, 2025-ci ildə isə 48 sənədsiz şəxs qalmaq hüququ qazanıb. Müxalifət partiyaları, xüsusilə CDU/CSU, bu təcrübənin saxta stimullar yarada biləcəyinə və qaydalara əməl etməyənlərin ölkədə qalmalarını asanlaşdıra biləcəyinə inanırlar.
***
Keçmiş hökumət qanunu müdafiə edərək deyir ki, bu, insanlara həyata yeni baxışlar verir və illərlə davam edən müvəqqəti yaşayış zəncirlərinə son qoyur. Məktəbə gedən uşaqları olan ailələr və uzun müddət Almaniyada yaşayan insanlar bu qanundan xüsusilə yararlanıblar. Ancaq qanunun müddəti 2025-ci ilin sonunda başa çatacaq. Tətbiq edilməsi planlaşdırılan yeni tənzimləmə ilə kimliyi məlum olmayan insanlara artıq yaşayış hüququ verilməyəcək. Bu dəyişikliyi XDİ və SPD-dən ibarət yeni koalisiya həyata keçirəcək.