Azərbaycan Vatikanla əlaqələri möhkəmləndirir
Müqəddəs Taxt-Tacda bərpa layihələri və Bakıda yeni kilsə inşası
            					
            	
                09:57 | 22 aprel 2025 | Çərşənbə axşamı
                Məqaləyə 218 dəfə baxılıb
                
                Şriftin ölçüsü
                
                
                                Müqəddəs Taxt-Tacda bərpa layihələri və Bakıda yeni kilsə inşası
                                Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə iştirak etdi
                                Birinci vitse-prezident Heydər Əliyev Fondunun Vatikanda bərpa etdiyi məbədi ziyarət edib
                                Birinci vitse-prezident Mehriban Əliyeva ağacəkmə mərasimində iştirak edib
                                Vatikan şəhər-dövləti qubernatorluğunun prezidenti Azərbaycanın Birinci vitse-prezidentinə təşəkkür edib
                                Azərbaycanın Birinci vitse-prezidenti Vatikanın dövlət katibini təbrik edib
                                Mehriban Əliyeva XIV Leoya Heydər Əliyev Fondu ilə Vatikan arasındakı sazişlərdən danışıb
                                Azərbaycanın Birinci vitse-prezidenti dünyanın ən qədim və zəngin kitab məbədlərindən birini ziyarət edib
                                Avqust 22-si dua və oruc günü olacaq
                                Roma Papası: “Katoliklərin və pravoslavların birlikdə həyata keçirdikləri səyahətin təməl daşıdır”
                                Papa XIV Leo ilk sınaq qarşısındadır
                                Papa Putini Ukraynaya çağırıb
                                İnauqurasiya mərasimində dünya liderləri bir araya gəldi
                                Papa XIV Leonun şərəfinə dondurmalar və pivələr istehsal olunur
                                Papa XIV Leo sosial mediaya qayıtdı
                                Yeni Papanın sevimli komandaları bəlli olub
Yaxın günlərdə konklavın dəqiq vaxtı açıqlanacaq. Papalığın yenidən İtaliyaya qayıtmaq ehtimalı böyükdür. Əsas namizədlər də hazırda məhz onlardadır. Papanın Asiyadan seçilmə ehtimalı da yüksəkdir. Bu xristian dünyasının artan Çin nüfuzuna qarşı balanslaşdırma məsələsində vacib bir gediş ola bilər.
Heç şübhəsiz ki, Afrikada böyük nüfuza malik katolik dünyasından olan əsas namizəd Qanalı Turkson da düşünürəm ki, Papa olmağa ən vacib namizədlərdən biridir. Bu məncə İtalyanlardan sonra ən güclü ikinci namizəddir. Həm də unutmayaq ki, son illərdə Afrikada yüksələn xətlə artan bir Çin nüfuzu mövcuddur. Papa Fransisin dövründə Vatikan bir çox yeniliklərə getdi və islahatlar üçün addımlar atdı. Heç şübhəsiz ki, bu mühafizəkar xristian dünyasında rəğbətlə qarşılanan addımlar kimi qiymətləndirilmədi də. Hansı yöndən baxılmasından asılı olmayaraq Papa Fransis bunu etməli idi, ən azından o, ilk Cənubi Amerikalı Papa idi, dünyaya geniş açılımda islahatlara getməli idi də. Onu bu vəzifəyə gətirəndə ən azından həmin dövr üçün ondan tələb olunanlar da bu idi. Hər nə qədər argentinalı olsa da kökləri İtaliyaya bağlı idi.
Düşünürəm yeni seçiləcək Papa mühafizəkar qanadın nümayəndəsi olacaq, eynilə bir çox mənbələrdə düşünüldüyü kimi Papanın dünya proseslərinə müdaxiləsinin “hiss ediləcək” səviyyəyə gəlməsi mütləqdir. Yeni Papa həm də daha təlatümlü və müəmmalarla dolu bir gələcəyin Papası olacaq. Bütün dünyanın gözlədiyi vacib qərarlardan biri də yaxın günlərdə Vatikanda veriləcək.
“Z” nəsli üçün dini dəyərlərin “arxaikləşdiyi” bir dünyada (mütləq əksəriyyətin düşüncəsinə görə) düşünürəm ki, kilsə üçün hazırkı məqam təsir etmə yönündə güclü bir “şansdır”.
Unutmayaq ki, 2 gün öncə Trampın bir maraqlı açıqlaması da var idi: “Amerikanı daha da dini bir dövlətə çevirəcəyik”. Hər şey plan üzrə gedərsə, Tramp ikinci hakimiyyəti dövründə prezident kimi ilk səfərini də məhz Vatikana, Papanı dəfn etməyə gələcək.