
“Nikeya Kilsə Məclisi bizim üçün kompasdır”
Roma Papası: “Katoliklərin və pravoslavların birlikdə həyata keçirdikləri səyahətin təməl daşıdır”
Roma Papası: “Katoliklərin və pravoslavların birlikdə həyata keçirdikləri səyahətin təməl daşıdır”
Papa XIV Leo ilk sınaq qarşısındadır
Papa Putini Ukraynaya çağırıb
İnauqurasiya mərasimində dünya liderləri bir araya gəldi
Papa XIV Leonun şərəfinə dondurmalar və pivələr istehsal olunur
Papa XIV Leo sosial mediaya qayıtdı
Yeni Papanın sevimli komandaları bəlli olub
ABŞ prezidenti Roma papasını tənqid edən tərəfdaşının “qulağını çəkib”
ABŞ Papasının gələcəyi bu üç mesajda gizlidir
Katolik kilsəsinin ilk Amerika papası Prevost kimdir?
Vatikanda amerikalı keşişlərin mövqeyi güclənib
XIV Leo kilsəsinin LGBTQ-yə tolerant münasibətini aradan qaldıracaq
Robert Fransis Prevos katoliklərin yeni ruhani lideri oldu
Sikstin kapellasınln bacasından ağ tüstü qalxır
Günortadan sonra növbəti səsvermə keçiriləcək
Yeni Papanı dünyaya elan edəcək Dominik Mamberti kimdir?
2020-ci ildə maliyyə qalmaqallarına görə Vatikanın cinayət məhkəməsi tərəfindən həbs edilən və məhkum edilən ilk kardinal olan Covanni Ancelo Becciunun qarşıdan gələn papalıq seçkilərində iştirak etmək istədiyini deməsi Vatikanda qarışıqlığa səbəb olub.
2020-ci ildə Papa Fransis tərəfindən Vatikanda baş verən maliyyə qalmaqalına görə Kardinal Becciudan kardinal hüquq və imtiyazlarından imtina etməsi istənilmişdi.
***
Becciu Vatikanın Dövlət Katibliyində “sostituto” (köməkçi) vəzifəsində çalışıb və bu vəzifə ona Papa ilə birbaşa əlaqə yaratmaq imkanı verib. Daha sonra o, Vatikanın müqəddəslərin hazırlanması departamentinin rəhbəri təyin edildi.
2023-cü ildə mənimsəmə və dələduzluqda təqsirli bilinən Becciu 5,5 il həbs cəzasına məhkum edildi və Vatikanın cinayət məhkəməsi tərəfindən mühakimə olunan ilk kardinal oldu.
***
Lakin ittihamları rədd edən Becciu qərardan apellyasiya şikayəti verib və apellyasiya prosesi hələ də davam edir. Bu proses davam edərkən, o, Vatikandakı mənzilində yaşamağa davam edir.
Becciu iki gün əvvəl deyib ki, “məni konklavdan xaric etmək üçün heç bir aydın iradə yoxdur və yazılı istefam tələb olunmayıb".
Vatikanın mətbuat ofisi Becciunu seçkilərə qatılmayan kardinal kimi qeyd etsə də, onun iştirakı ilə bağlı qərarı çox güman ki, Kardinallar Kollecinin dekanı Covanni Battista Re və konklav proseslərinə rəhbərlik edəcək kardinal Pietro Parolin verəcək.
***
Becciunun məhkəməsi ilə bağlı aparılan təhqiqat Vatikanın Londonda daşınmaz əmlaka sərmayə qoyması nəticəsində böyük maliyyə itkisi üzərində dayanıb.
Papalıq dövründə Vatikanın maliyyə işlərində baş verən pozuntuları aradan qaldırmaq üçün Papa Fransis qanunu dəyişdi ki, kardinallar Vatikan məhkəmələrində mühakimə oluna bilsinlər.
***
Becciu kardinal hüquqlarını itirsə də, texniki olaraq Kardinallar Kollecindən qovulmadı. Ona görə də onun konklav öncəsi danışıqlarda iştirak etmək hüququ var.
Lakin papa seçkilərində yalnız yaşı 80-dən aşağı olan kardinallar səs verə bilər. Becciu hazırda 76 yaşındadır və yaşına görə seçkilərdə iştirak etmək hüququna malikdir.