Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
10:46 | 15 may 2025 | Cümə axşamı
Məqaləyə 302 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Biri uşaq olmaqla 8 nəfər ölüb, 33 nəfər yaralanıb
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Rumıniya NATO-dan antidron sistemlərinin təcili verilməsini istədi
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
ABŞ Polşaya əlavə 5 min əsgər göndərir
Minlərlə tələbə başqa ali məktəbə köçürülür
Ermənistandan vacib Türkiyə həmləsi
ABŞ NATO-nun çevik qüvvələrində iştirakını azaldır
Super ulduz Türkiyə milli komandası üçün yeni marş bəstələyir?
Alyans boğaza müdaxiləni nəzərdən keçirir
“Top indi aydındır ki, Rusiyanın meydançasındadır. Onlar nə etdiklərini, niyə burada olub-olmadıqlarını izah etməlidirlər”. NATO-nun baş katibi Mark Rutte bu sözləri Antalyadakı NEST Konqres Mərkəzində keçirilən NATO Xarici İşlər Nazirlərinin qeyri-rəsmi toplantısının ikinci gününün başlanğıcında mətbuata verdiyi açıqlamasında deyib.
Görüşə ev sahibliyi etdiyi üçün Türkiyəyə təşəkkür edən Rutte, iyunda keçiriləcək NATO Zirvəsində “Rusiya təhdidi”, “Çin ordusunun qurulması” və terror kimi bir çox mövzunu müzakirə edəcəklərini bildirib.
Rutte, NATO-nun özünü qorumaq üçün kifayət qədər pul xərcləməsi və lazımi müdafiə sənayesini istehsal edib etməsi ilə bağlı danışıqlar aparacaqlarını söyləyərək, Rusiyadan daha yaxşı mövqedə olmalarının vacibliyini vurğulayıb. NATO-nun baş katibi qeyd edib ki, Ukraynada müharibəyə son qoymaq və davamlı sülhə nail olmaq üçün nələr edilə biləcəyi ilə bağlı məsləhətləşəcəklər.
Çıxışından sonra Rutte mətbuat nümayəndələrinin suallarını cavablandırıb.
İyun ayında Hollandiyanın Haaqa şəhərində keçiriləcək NATO Zirvəsi ərəfəsində bir çox ölkənin 2 faizlik müdafiə xərcləri həddinə çatacağını düşündüyünü ifadə edən Rutte, 8 NATO üzvünün hələ bu limitə çatmadığını bildirib.
Rutte bildirib ki, NATO sammitində müttəfiq olmayan tərəfdaşların iştirakı ilə bağlı hələlik heç bir açıqlama verilməyib.
Müdafiə xərcləri baxımından daha çox iş görülməsi lazım olduğunu vurğulayan Rutte, ABŞ kimi ölkələrin bu mövzuda gözləntilərinin olduğunu bildirib.
“Ukraynanın atəşkəsə və danışıqlara hazır olduğu çox aydındır. Top indi Rusiyanın meydanındadır. Onlar nə etdiklərini, nə üçün burada olduqlarını və ya olmadıqlarını izah etməlidirlər”, – Rutte deyib.
ABŞ prezidenti Donald Trampın Ukrayna ilə Rusiya arasındakı əlaqə boşluğunu aradan qaldırdığını qeyd edən Rutte, “Türkiyənin burada (İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarında) böyük rolu var, çünki Türkiyənin bütün müvafiq tərəfdaşlarla yaxşı əlaqələri var”, – dedi.
Rutte Türkiyənin ciddi danışıqlar mühiti olaraq görüldüyünü, prezident Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidanın danışıqları müsbət nəticəyə gətirə biləcəyini vurğulayıb.
Almaniyanın “Eurofighter” qırıcı təyyarələrinin satışı ilə bağlı sualı cavablandıran Rutte deyib ki, NATO üzvləri bir-birinə silah satışına məhdudiyyət qoymamalıdır.
Rutte Türkiyənin müdafiə sənayesinin olduqca təsir edici olduğunu vurğulayaraq, türk şirkətlərinin Avropa, ABŞ və Kanada şirkətləri ilə əməkdaşlığına işarə edib.