Berlin mərkəzində çəkiclə işgəncə
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
19:40 | 22 may 2025 | Cümə axşamı
Məqaləyə 115 dəfə baxılıb
Şriftin ölçüsü
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Avropanın mərkəzində müharibə qorxusu
Məzar daşları dağıdıldı
Üslub qaydalarını pozan deputata 4000, iclasa qatılmayan isə 300 avro cərimələnəcək
Almaniya kansleri Avropaya səsləndi: “Diplomatiya vacibdir, amma kifayət deyil”
Almaniyada ən çox oğurluq baş verən şəhərlər açıqlanıb
NATO-dan qayıdan heyət İngiltərəyə fövqəladə eniş etdi
Müdafiə nazirinin xəbərdarlığı Avropa liderlərini həyəcanlandırıb
Regionda və dünyadakı sülhün möhkəmlənməsində Azərbaycanın rolu müzakirə olunub
Azərbaycan Prezidentinin köməkçisi Almaniyanın XİN-in dövlət katibi ilə müzakirələr aparıb
Prezidentin köməkçisi bu barədə rəsmi səhifəsində məlumat verib
Rəsmilər şirkətin tamamilə bağlanmaması üçün investor axtarışına başlayıblar
Bu ilin fəxri qonağı Filippinlərdir
Almaniyanın federal kansleri Fridrix Merz və müdafiə naziri Boris Pistorius NATO-nun şərq cinahını qorumaq üçün Litvada dislokasiya olunmuş briqadanın bu gün rəsmi xidmətə başlaması münasibətilə paytaxt Vilnüsə səfər ediblər.
Litva prezidenti Qitanas Nauseda ilə birgə mətbuat konfransında danışan Merz Almaniya və tərəfdaşlarının NATO ərazisini müdafiə etməkdə qərarlı olduğunu deyib: “Biz tərəfdaşlarımızla birlikdə alyansın ərazisini istənilən təcavüzə qarşı müdafiə etməkdə qərarlıyıq. Baltikyanı müttəfiqlərimizin təhlükəsizliyi həm də bizim təhlükəsizliyimizdir”.
***
Almaniya kansleri Merz də çıxışında Avropanın müdafiə qabiliyyətinin gücləndirilməsi və müdafiə sənayesinin genişləndirilməsi zərurətinə diqqət çəkib.
Merz Rusiya-Ukrayna müharibəsinə də toxunaraq, sülh səylərinə işarə edərək, “Mümkün olduğu qədər ABŞ-la eyni komandada oynamağa hazırıq”, – deyib. Almaniya kansleri əlavə edib ki, maliyyə imkanlarına görə Ukraynaya dəstək uğursuz olmayacaq.
Merz bəyan edib ki, hazırda ABŞ-ın öz qüvvələrini Avropadan çıxarmaq istədiyinə dair heç bir əlamət yoxdur.
ABŞ-ın paytaxtı Vaşinqtonda iki İsrail səfirliyinin əməkdaşının həlak olduğu silahlı hücumdan danışan Almaniya kansleri, ölənlərdən birinin Almaniya vətəndaşı olduğunu bildirib.
***
Almaniyanın Rusiya-Ukrayna müharibəsindən sonra NATO-nun şərq cinahını qorumaq üçün Litvaya yerləşdirdiyi briqada bu gün rəsmi olaraq öz missiyasına başlayır. Briqadadakı əsgərlərin sayı 2027-ci ilin sonuna kimi 5000 nəfərə yüksələcək.
Almaniya kansleri Fridrix Merz və müdafiə naziri Boris Pistoriusun bu gün Litvada Almaniya kontingentinə səfəri ilə rəsmi olaraq vəzifəsinə başlayan briqadadakı əsgərlərin sayı ilk mərhələdə 400-dən 500-ə çatdırılacaq. Briqadada xidmət edən şəxsi heyətin sayının 2026-cı ilin ortalarına qədər 2000 nəfərə, 2027-ci ilin sonuna qədər isə 5000 nəfərə çatdırılması planlaşdırılır.
Briqadanın formalaşdırılması üçün infrastruktur və hərbi strukturu hazırlamaq üçün 2024-cü il aprelin 1-də kiçik hərbi hissə Litvaya gedib. 150 əsgərdən ibarət qabaqcıl mühafizə dəstəsinə bütün briqadanın Litvaya göndərilməsini planlaşdırmaq və hərbi infrastruktur ehtiyaclarını əlaqələndirmək tapşırılıb.
***
Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra müdafiəsini gücləndirmək üçün addımlar atan Almaniya, İkinci Dünya müharibəsindən sonra ilk dəfə olaraq xarici ölkəyə qoşun çıxarıb.
NATO-nun şərq cinahının qorunmasına yönəlmiş qoşunların yerləşdirilməsində ilk addım 2023-cü ilin iyununda Almaniyanın müdafiə naziri Pistoriusun Litvaya səfəri ilə atılıb. Daha sonra Almaniyanın müdafiə naziri Pistorius və Litvanın müdafiə naziri Arvydas Anuauskas arasında 18 dekabr 2023-cü il tarixində Litvanın paytaxtı Vilnüsdə Almaniya Silahlı Qüvvələrinin 5000 nəfərlik şəxsi heyətinin Litvada daimi yerləşdirilməsi üçün yol xəritəsi sazişi imzalanıb.
İmzalanmış müqavilədə alman ordusu tərkibində mexanikləşdirilmiş piyada briqadasının Litvanın Vilnüs və Kaunas şəhərləri yaxınlığındakı Rdninkay və Rukla qəsəbələrində daimi yerləşdirilməsi nəzərdə tutulurdu.
***
Razılaşmaya əsasən, briqada təxminən 2000 ağır silahla təchiz edilmiş 4800 hərbçi və 200 mülki heyətdən ibarət olacaq. İşçi ailələrinin yerləşdirilməsi üçün mənzil və sosial obyektlər tikiləcək. Yeni briqadanın aylıq xərcinin 30 milyon avro olacağı gözlənilir.
“Almaniya Silahlı Qüvvələrinin briqadasını Litvada daimi yerləşdirməklə Almaniya NATO-dakı müttəfiq tərəfdaşlarına açıq həmrəylik siqnalı göndərir. Bu döyüşə hazır briqada ilə biz NATO-nun şərq cinahında alyans üçün liderlik məsuliyyətini öz üzərinə götürürük”, – Pistorius bildirib.
Pistorius, “NATO üzvü və Avropanın ən böyük iqtisadiyyatı olan Almaniya Federativ Respublikası olaraq, şərq cinahımızı qorumaq üçün çalışmaq məsuliyyətimiz və öhdəliyimizi açıq şəkildə dərk edirik”, – dedi.