
1212 şəhid vətəninə qayıtdı
Rusiya Ukrayna əsgərlərinin cəsədlərini geri verib
Rusiya Ukrayna əsgərlərinin cəsədlərini geri verib
Odessa limanındakı doğum evi bombalanıb
Zelenski: “Ukraynaya qarşı son hücumlar qisas üçün deyil”
Ukrayna gözlənilmədən hava döyüşünü qazanır
Bütün ölkəni hədəf alan hücumdan sonra əhalini düşündürən sual: “Bu gözlənilən cavabdırmı?”
Zelenski hörümçək toru əməliyyatını təsvir edir
Kreml “Hörümçək toru”ndan çıxa bilmir, Ukrayna ruslara kabus yaşadır
Pentaqon bu texnologiyadan İran və Husi təhdidlərinə qarşı istifadə edə bilər
Nüvə müharibəsi qaçılmazdır?
Bu genişlikdəki əməliyyatda daxildən dəstəyin alınmaması inandırıcı olmaz
Ukraynalı hakerlər Rusiya məxfi müəssisəsinin sisteminə sızıb
Bu silahlar əlçatan olarsa, terrorçu qruplar üçün də perspektivlər açılır
Ukrayna kəşfiyyatı hücum əməliyyatını su altından həyata keçirib
PUA hücumunun zərər rekordu, Rusiya mətbuatı ağzına su alıb durub
150 dollarlıq dronların vurduğu ən ucuz təyyarənin qiyməti 330 milyondur
Rusiya cəmiyyəti də dördüncü ilinə keçən müharibədən yorulub
Dünən İstanbulda keçirilən sülh danışıqlarında məhbus mübadiləsinə razılaşan və əsirləri dəyişdirən Rusiya ilə Ukrayna arasında gərginlik yenidən artıb. Nəhayət, Moskva administrasiyası ballistik raketlər və PUA-larla Ukrayna ərazisinə hücuma keçib.
Rusiya ordusunun 14 ballistik raket və 250-dən çox pilotsuz uçuş aparatı (PUA) ilə Ukraynaya hücum etdiyi bildirilir.
Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Telegram” hesabından edilən yazılı açıqlamada, Rusiya qüvvələrinin Ukraynanın müxtəlif bölgələrinə raket və PUA hücumları təşkil etdiyi bildirilib.
Açıqlamada Rusiya ordusunun hücumu 14 “İsgəndər-M/KN-23” tipli ballistik raket və 254 PUA ilə həyata keçirdiyi bildirilib.
Hava hücumundan müdafiə qüvvələrinin işi nəticəsində 6 raketin məhv edildiyi və 245 PUA-nın məhv edildiyi və ya zərərsizləşdirildiyi, hücumun əsas hədəfinin Kiyev bölgəsi olduğu bildirilib.
Açıqlamada hücumda Odessa, Xarkov, Zaporojya, Donetsk və Dnepropetrovsk bölgələrinin də hədəf alındığı bildirilib.
***
Ukrayna Milli Polisinin “Telegram” hesabından edilən yazılı açıqlamada Rusiyanın hücumları nəticəsində paytaxt Kiyevin müxtəlif rayonlarında təhsil müəssisələri, yaşayış binaları və ticarət mərkəzləri kimi mülki infrastrukturun zədələndiyi bildirilib.
Açıqlamada hücumlar nəticəsində paytaxtda 15 nəfərin yaralandığı bildirilib.
***
Ukrayna prezidenti Vladimir Zelenski də yazılı açıqlamada rusların həyata keçirdiyi raket və PUA hücumlarına reaksiya verib.
Paytaxt Kiyevdə axtarış-xilasetmə işlərinin davam etdiyini bildirən Zelenski, hücumların ölkənin müxtəlif bölgələrini də hədəf aldığını bildirib və “ölənlər var. Hılak olanların ailələrinə və yaxınlarına başsağlığı verirəm”, – deyib.
Rusiyanın müharibəni uzatdığını bildirən Zelenski, “Hər bombardmanla dünya əmin olur ki, müharibənin uzanmasının səbəbkarı Moskvadır”, – deyib.
Zelenski bildirib ki, Ukrayna dəfələrlə atəşkəs yaratmağı təklif edib, lakin Rusiya bunu qəbul etməyib. Ukrayna prezidenti atəşkəsi təmin etmək üçün ABŞ və Avropanı Rusiyaya qarşı sanksiyaları artırmağa çağırıb.