vaxtlı-vaxtında oxuyun! Şənbə, 19 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
ASİYA  
Şimali Koreyanın casusu cibinizdə 11:09 | 1 iyun 2025 | Bazar Məqaləyə 145 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Şimali Koreyanın casusu cibinizdə

Hər beş dəqiqədən bir sahibinin fotosunu rejimə göndərən telefon cümlələri belə özü redaktə edir

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Şimali Koreyadan oğurlanan smartfon distopiya sirrini açıb. Gizli yolla ölkədən çıxarılan smartfon rejimin öz vətəndaşlarının dilini və düşüncəsini necə dəyişdirdiyini ortaya çıxarıb. Məlum olub ki, qurğu sözlərə senzura yaradan və istifadəçiləri izləyən müşahidə texnologiyaları ilə təchiz edilib.

2024-cü ilin sonlarında ələ keçirilən cihaz Şimali Koreya lideri Kim Çen Inın ictimaiyyəti manipulyasiya etmək üçün istifadə etdiyi müşahidə və senzura sistemini üzə çıxararaq, dünyanın ən qapalı rejimlərindən birinə heyrətamiz bir baxış təqdim etdi.

Ehtimal ki, qaçaqmalçılar və ya yeraltı şəbəkələr tərəfindən Çin sərhədindən qaçırılmış telefon, analitiklərə çatıb və cihazın imkanları ortaya çıxarılıb.

Cihazı əldə edən BBC müxbiri texnologiyanı belə təsvir edib: “Şimali Koreyada dövlət ideologiyasını həyata keçirmək üçün dəyişdirilmiş Android sistemi ilə işləyən smartfonlarından istifadə olunur”.

***

Bu telefonlarda Cənubi Koreyada tez-tez istifadə edilən “oppa” sözünü dərhal “yoldaş” kimi dəyişdirilir və “bu söz yalnız qardaşlarımızı təsvir etmək üçün istifadə edilə bilər”, – xəbərdarlığı gəlir.

Eynilə, “namhan” (Cənubi Koreya) sözünün yazılması avtomatik olaraq “kukla dövləti” ilə əvəzlənir.

Müxbir həmçinin qeyd edib ki, cihaz qadağan olunmuş davranışı aşkar etmək üçün istifadəçi fəaliyyətinə nəzarət edir: "Biz telefonun hər beş dəqiqədən bir skrinşot çəkdiyini görürük. Amma istifadəçi bu faylları aça bilmir. Yalnız səlahiyyətli orqanlar onlara daxil ola bilər".

Şimali Koreyanın məlumatlara nəzarət etmək sistemi aydınlaşır. Qlobal internetə daxil ola bilməyən ölkə vətəndaşları yalnız hökumət tərəfindən idarə olunan və təsdiqlənmiş məzmuna malik “Kwangmyong” adlı yerli intranetdən istifadə edə bilərlər.

***

Stimson Mərkəzində Şimali Koreya texnologiyası üzrə ekspert Martin Uillyams bu texnoloji basqının səbəbini belə izah edir: "Kim ailəsi ətrafında mifologiyaların çoxu uydurmadır. Danışılan hekayələr yalana əsaslanır və insanların bunu sorğu-sual etməsini istəmirlər".

2023-cü ildə proqram yeniləməsi ilə məhdudiyyətlər daha da sərtləşdirilib. İstifadəçilərin foto və ya video paylaşmasının qarşısı alınıb. Tədbirlər sərhədlər boyu azadlıq və firavanlığı əks etdirən Cənubi Koreya seriallarına girişi demək olar ki, qeyri-mümkün edib.

***

Telefonun Şimali Koreyadan, ehtimal ki, rüşvətlə bağlı təhlükəli sərhəd keçidi vasitəsilə qaçaqmalçılıq yolu ilə çıxarılması, rejimə meydan oxuyanların cəsarətini nümayiş etdirir.

Kataloqda olan 55-dən çox modelin hamısı nəzarət alətləri ilə təchiz edilmiş cihazlar hökumət nəzarətinin maddi simvolu kimi görünür.