
Tramp və Mask bir-birini “bitirə” bilər?
ABŞ prezidenti və milyarder iş adamı bir-birini məhv etməsinin səkkiz əsas yolu var
ABŞ prezidenti və milyarder iş adamı bir-birini məhv etməsinin səkkiz əsas yolu var
ABŞ qarışdı – Tramp-Mask döyüşü böyüyür
“Mən olmasaydım, o, seçkini uduzardı”
Tramp: “Hələ mənim haqqımda pis söz deməyib, amma əminəm ki, tezliklə deyəcək”
“Tesla” səhmləri ucuzlaşdı
ABŞ senatoru milyarderin Ağ Evdə faydalandığını iddia etdiyi 100-dən çox hadisəni təfərrüatlandırır
Mask Trampın dəstəklədiyi qanun layihəsinə reaksiya verdi
Şirkətin 113 milyard dəyəri var
... Yaxud Marsa birtərəfli bilet
Günəş fırtınaları “Starlink” peyklərini sıradan çıxara və yerə sala bilər
ABŞ prezidenti milyarderin NASA rəhbərliyinə namizədini geri götürüb
Mask: “Əgər məhsuldarlığımı artırsaydı, istifadə edərdim”
“Maskın narkotik maddələrdən, o cümlədən sintetik narkotiklərdən istifadəsi artıb”
Mask gözünün altındakı göyərmənin səbəbini açıqlayarkən ...
İlon Mask Trampın məsləhətçi vəzifəsini tərk etdiyini açıqlayıb
Tramp və Mask arasında qanun çatlağı
Bugün The Big Beautiful Bill – Qanun layihəsinin Senatda müzakirəsi İlon Maskla Trampı qarşı-qarşıya gətirib.
Yəni bugün İlon Maskla Tramp əks mövqedədilər.
The Big Beautiful Bill 22 mayda ABŞ Nümayəndələr Palatasında qəbul edilib və hazırda Senatda müzakirə olunur.
Tramp dəstəkləyir, İlon Mask isə açıq-aşkar əleyhinə çıxaraq “ölkəni defolta aparırsız” deyir.
“The Big Beautiful Bill” qanunu nədir?
“Big Beautiful Bill” – 2025-ci ildə ABŞ-da təklif olunmuş və Tramp tərəfindən dəstəklənən genişmiqyaslı bir qanun layihəsidir. Bu qanun layihəsi ABŞ-ın vergi, sosial təminat və büdcə siyasətində ciddi dəyişikliklər etməyi hədəfləyir.
Qanun layihəsinin əsas məqamları bunlardı:
Vergi güzəştlərinin uzadılması və genişləndirilməsi
Sosial proqramlarda kəsintilər
Müdafiə və sərhəd təhlükəsizliyi xərclərinin artırılması
Təmiz enerji təşviqlərinin azaldılması
Dövlət borc limitinin artırılması (Hazırda ən vacibi)
“Trump Truth” sosial şəbəkəsində Senator Elizabet Uarrenin “borclanma limitini ləğv etmək lazımdı” fikrini dəstəkləyərək “nəhayət bir məsələdə Senator Elizabet Uarren ilə razıyam. Borc limitinin tamamilə ləğv olunması lazımdır ki, iqtisadi fəlakətin qarşısı alınsın”, – paylaşımını edib.
Borc Limiti (Debit Limit) nədir? – ABŞ federal hökumətinin qanunla müəyyən edilmiş borclanma həddidir.
Bu limit, hökumətin mövcud öhdəliklərini (məsələn: Sosial Müdafiə, “Medicare”, hərbi maaşlar, dövlət borcuna faiz ödənişləri, vergi geri ödənişləri və s.) yerinə yetirmək üçün nə qədər borc ala biləcəyini müəyyən edir.
Tramp bu paylaşımında Senator Elizabet Uarren ilə razılaşdığını bildirir və hesab edir ki, iqtisadi fəlakətin qarşısını almaq üçün borc limiti tamamilə ləğv edilməlidir. O, vurğulayır ki, bu məsələ siyasi mübahisəyə çevrilərsə və borc limiti vaxtında artırılmazsa, ABŞ hökuməti öz öhdəliklərini yerinə yetirə bilməz və bu da ölkə daxilində və qlobal miqyasda ciddi iqtisadi problemlərə səbəb ola bilər.
Hazırda ABŞ-ın borc limiti (istiqraz) təxminən 34.5 trilyon dollardır.
Bu borcu kim alır? ABŞ federal hökuməti (yəni ABŞ Maliyyə Nazirliyi).
Bu pulu kim verir? (kimdən borc alınır?) – Hökumət bu pulu xarici hökumətlərə (məsələn, Çin, Yaponiya), ABŞ vətəndaşları və investorlara, banklar və maliyyə institutlarına xəzinə istiqrazları (“Treasury bonds”) sataraq alır. Hökumət həmin pulu gələcəkdə faizlə birlikdə geri ödəməyə söz verir.
Niyə limitin artırılmaması problem hesab olunur? – Əgər ABŞ borc limitinə çatarsa və Konqres bu limiti artırmazsa, hökumət daha çox borc ala bilməz — bu da aşağıdakı nəticələrə səbəb ola bilər:
Borcların ödənməsində gecikmə (defolt)
Sosial müdafiə və ya hərbi maaşların gecikməsi
Qlobal maliyyə bazarlarında təşviş və böhran
Konqres borc limitinin artırılmasına icazə versə, bu, ABŞ hökumətinin defolt (borc ödənişində gecikmə) etməsinin qarşısını alar və hökumətə öz mövcud öhdəliklərini yerinə yetirməyə davam etməyə imkan verər. Amma digər tərəfdən hökumət daha çox borclanacaq və əvvəl-axır bu borcu qaytarmaq lazım olacaq. Federal Ehtiyat Sistemi (Mərkəzi Bank) həmin borcu pul çap edərək qaytarsa (buna “borcun monetizasiyası” deyilir), bu, böyük inflyasiyaya səbəb olacaq.
İlon Mask bu gün tvit yazaraq insanları öz seçilmiş nümayəndələrinə müraciət etməyə çağırır. O düşünür ki, təklif olunan qanun layihəsi təhlükəlidir. “Kill the Bill” ifadəsi burada “qanun layihəsinin qəbul edilməsinin qarşısını alın” mənasını verir.
İlon Mask əvvəllər (prezident seçkiləri zamanı) borc limitinin tamamilə ləğv edilməsini dəstəklədiyini bildirmişdi, lakin indi bu qanun layihəsinə qarşıdır, çünki onun fikrincə bu, “Amerikanı iflasa sürükləyə” bilər.
O, müsahibələrinin birində deyir: “Amerika çox sürətli şəkildə iflasa gedir və hər kəs sanki qəbiristanlıqdan keçərkən fit çalır (yəni vəziyyətin ciddiliyinə məhəl qoymur).
“Müdafiə Nazirliyinin büdcəsi çox böyükdür. Bu, illik təxminən 1 trilyon dollardır. Amma təkcə dövlət borcuna görə ödənən faizlər artıq Müdafiə Nazirliyinin büdcəsini keçib. Sadəcə faizlər üçün ildə 1 trilyondan çox pul xərclənir və bu rəqəm durmadan artır.
Biz borcumuza hər üç aydan bir 1 trilyon dollar əlavə edirik. Bu borcu uşaqlarımız və nəvələrimiz bir şəkildə ödəməli olacaqlar. Tezliklə bu artım hər iki aydan bir, sonra isə hər ay baş verəcək.
Və sonda yalnız faizləri ödəyə biləcəyimiz nöqtəyə gələcəyik. Bu, kredit kartı borcunu həddən artıq artırmış bir insanın vəziyyətinə bənzəyir. Bu, yaxşı nəticələnməyəcək. Xərcləri azaltmalıyıq”.
İyulun 1-ə qədər ABŞ 6 trilyon istiqraz ödənişini qaytarmalıdır. Görünən odur ki, borc limiti 4-5 trilyon artırılaraq bu məsələni müvəqqəti həll edəcək. Yeni istiqrazları indiki faizlə alan olacaq, ya yox, o ayrı bir sualdır. Xatırlayırsınızsa, keçən ay auksiona çıxarılan istiqrazlar aşağı faizli olduğuna görə gözlənildiyi qədər satılmadı — yəni alan olmadı və bu səhmlərə dərhal təsir etdi və səhmlər düşdü.
İstiqrazları cəlbedici etmək üçün gərək FED faizləri qaldırsın — bu da rəsmi resessiyaya səbəb ola bilər.
Digər tərəfdən isə Tramp FED-dən faizləri endirməyi durmadan tələb edir ki, şirkətlər aşağı faizlə kredit götürsünlər və iqtisadiyyat canlansın.
Belə, gözləyək görək nə baş verəcək. “Stock Market” səssiz olanları izləyir – Sunami öncəsi sakitlikdi deyəsən.