57 milyard dollar
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
16:29 | 9 iyun 2025 | Bazar ertəsi
Məqaləyə 265 dəfə baxılıb
Şriftin ölçüsü
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
NATO-dan qayıdan heyət İngiltərəyə fövqəladə eniş etdi
Müdafiə nazirinin xəbərdarlığı Avropa liderlərini həyəcanlandırıb
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Ən böyük hərbi bazası üzərində PUA-lar görünüb
Almaniya Rusiyanın təhdidinə qarşı silahlanma yarışına girir
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya 90 min avronun qarşılığında NATO-dan 1.2 milyon qopardı
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
NATO ölkələri yeni dəniz hədəflərini məhvetmə silahını sınaqdan keçirdi
Polşada həyəcan, uçuşlar dayandırıldı
Polşa sərhədində PUA həyəcanına NATO tədbir görməlidirmi?
“NATO-nun baş katibi Mark Rutte müdafiə imkanlarında kvant sıçrayışına, o cümlədən alyansı Rusiyadan qoruyan hava və raket əleyhinə müdafiə sistemlərinin 400 faiz artırılmasına çağırıb”. Böyük Britaniyanın Rutte bu sözləri Baş naziri Keir Starmer ilə görüşdən sonra deyib.
Açıqlamaya görə, Rutte Londonda “Chatham House” beyin mərkəzində etdiyi çıxışda, “Rusiyanın Ukraynanı havadan necə terror etdiyini görürük, ona görə də səmamızı qoruyan qalxanı gücləndirəcəyik. Etibarlı çəkindirmə və müdafiəni təmin etmək üçün NATO-nun hava və raketdən müdafiəni 400 faiz artırmasına ehtiyacı var”, – deyib.
Rutte açıqlamasında bu açıqlamaları verib: “Ukraynada müharibə bitəndə belə təhlükə sovuşmayacaq. Müdafiə planlarımızı tam şəkildə həyata keçirmək üçün daha çox gücə və imkanlara malik olmalıyıq. Həmçinin ordularımızın minlərlə zirehli maşın və tanka, milyonlarla artilleriya mərmisinə ehtiyacı var”.
***
Ruttenin şərhləri bu ay Hollandiyada keçiriləcək NATO sammitindən əvvəl gəldi. ABŞ prezidenti Donald Tramp alyans üzvlərinə hərbi büdcələrində böyük artım elan etmələri üçün təzyiq edir. Tramp NATO üzvlərini müdafiə xərclərini ümumi daxili məhsulun (ÜDM) 2 faizindən 5 faizə qaldırmağa məcbur edir.
ABŞ-ın müdafiə naziri Pit Hegset keçən həftə Brüsseldə bildirib ki, müttəfiqlər Haaqa sammitində rəsmiləşdirilə biləcək 5 faizlik hədəflə bağlı razılığa gəlməyə yaxındırlar.
Rusiya 2022-ci ilin fevralında Ukraynaya qarşı müharibəyə başladıqdan sonra NATO üzvləri müdafiə imkanlarını gücləndirməyə çalışırlar.
Keçən həftə Britaniya Rusiyadan gələn təhdidlərə qarşı ölkəni yenidən silahlandırmaq üçün 12 nüvə enerjili hücum sualtı qayığı və altı sursat fabriki tikmək planlarını açıqladı.