Müharibələrdən çıxmaq problemi
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
17:02 | 11 iyun 2025 | Çərşənbə
Məqaləyə 136 dəfə baxılıb
Şriftin ölçüsü
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
“Düşmən yeni mərhələyə keçib, ölkəni daxildən çökdürməyi hədəfləyir”
Tramp: “Blokada nüvə razılaşmasına qədər davam edəcək”
Tramp: “Onların artıq heç bir hərbi gücü qalmayıb”
Qara qızıl dörd ilin maksimumuna çatdı
Fars-molla rejimində daxili ideoloji-siyasi parçalanma
Neft qiymətləri kəskin yüksəldi
ABŞ İrana sanksiyalarını pozması iddiası ilə qara siyahını böyütdü
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Nüvə məsələsi əsas şərt olaraq qalır
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
İranda açılan memorial stend yeni şübhələr doğurdu
İran Səudiyyə Ərəbistanını hədələdi
Qiymətlər Yaxın Şərq gərginliyi əsnasında yüksəldi
İranın müdafiə naziri ABŞ-la mümkün münaqişə vəziyyətində ABŞ-ın bölgədəki bazalarının birbaşa hədəfə alınacağını açıqlayıb. Bu təhdid Adanadakı İncirlik bazasını da əhatə edir. Nüvə danışıqlarının yeni raundu öncəsi gərginlik yenidən artıb, neft qiymətləri də artıb.
İranın müdafiə naziri Əziz Nəsirzadə deyib ki, nüvə danışıqları uğursuzluqla nəticələnərsə və ABŞ-la münaqişə baş verərsə, ABŞ-ın bölgədəki bazaları hədəfə alınacaq.
Aylarla davam edən ABŞ-İran nüvə danışıqları uzun müddətdir ki, heç bir irəliləyiş əldə etməyib. ABŞ danışıqların nəticəsiz qalacağı təqdirdə hücuma keçəcəyini bəyan etmişdi.
Nəsirzadə danışıqların 6-cı raundu öncəsi həftəlik mətbuat konfransında deyib: “Qarşı tərəfdən bəzi rəsmilər danışıqların nəticəsiz qalacağı təqdirdə münaqişənin olacağını deyirlər. Əgər bizə hücum edilərsə, ABŞ-ın bütün bazaları bizim əhatə dairəmizdədir və biz onları yerləşdiyi ölkələrdə cəsarətlə hədəfə alacağıq”.
Bu təhdid Adanadakı İncirlik bazasını da əhatə edir. Münaqişə halında İranın əsas hədəflərindən biri Türkiyədəki İncirlik hava bazası ola bilər.
Tramp danışıqların həftənin sonunda keçirilməsi planlaşdırılan növbəti raund kimi cümə axşamına (iyunun 12-ə) işarə edib, Tehran isə danışıqların bazar günü (iyunun 15-də) Omanda keçiriləcəyini bildirib.
İranın ABŞ-ın əvvəllər rədd etdiyi təklifə cavab olaraq yeni təklif təqdim edəcəyi gözlənilir. Tramp dünən deyib ki, İran nüvə danışıqlarında “daha aqressiv” mövqe tutur.
ABŞ prezidenti Donald Tramp İran yeni nüvə sazişindən imtina edərsə, onu bombalayacağı ilə hədələyib.
***
Tehran və Vaşinqton arasında ən böyük fikir ayrılıqlarından biri İran torpaqlarında uranın zənginləşdirilməsi məsələsidir.
Qərb dövlətləri bu prosesin İrana nüvə silahı yaratmaq üçün qapı açacağını bildirir və bu, qəbuledilməzdir. İran isə nüvə proqramının yalnız mülki məqsədlər üçün olduğunu iddia edir.
İranın xarici işlər naziri Abbas Araqçı bu gün “X” platformasında paylaşdığı yazıda, “Bazar günü danışıqlar davam etdikcə, İranın nüvə proqramının dinc xarakterinin davamlılığını təmin edəcək bir razılaşma qaçılmaz görünür”, – deyib.
Danışıqlarda digər mübahisəli mövzu İranın ballistik raket proqramıdır. Bu proqram Tehranın hərbi potensialının mühüm hissəsini təşkil edir.
Nəsirzadə iki tonluq döyüş başlığı daşıyan raketin bu yaxınlarda sınaqdan keçirildiyini və bu sahədə heç bir məhdudiyyəti qəbul etmədiklərini bildirib.
İranın ali dini lideri Ayətullah Əli Xameneyi fevral ayında verdiyi açıqlamada ölkənin raketlər də daxil olmaqla hərbi potensialını daha da inkişaf etdirməli olduğunu söylədi.
ABŞ-ın aparıcı qəzetlərindən biri olan “The New York Post” Donald Trampın İranla nüvə danışıqlarının dalana dirəndiyini bildirən müsahibəsini dərc edib. Tramp bildirib ki, o, indi danışıqlarla bağlı “daha az ümidlidir”.
Bu açıqlamalardan sonra investorlar ABŞ-İran danışıqlarının tamamilə iflasa uğraya biləcəyi ehtimalı ilə qiymət qoymağa başladılar. Bazarlar bu inkişafa tez reaksiya verdi. Neft qiymətləri yüksəldi, eyni zamanda ABŞ xəzinə istiqrazları və qızılın gəlirləri də artdı.