Ukraynadan Rusiyaya NATO raketləri
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
14:11 | 23 iyun 2025 | Bazar ertəsi
Məqaləyə 129 dəfə baxılıb
Şriftin ölçüsü
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Rəsmi Kiyev Kremlin “NEZ”iylə oynamayacaq
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
Zelenski Trump-Putin görüşünə Kiyevsiz hər hansı razılaşmanı rədd edir
Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
“Saky” bazası hədəfə alındı, bombardman təyyarələri vuruldu
“Müharibənin əvvəlində bizi Rusiya nefti almağa təşviq edirdi”
Görəsən, onun zəifləməkdə məqsədi nədir?”
Almaniyaya təhdid, Ukraynada irəliləyiş
Avropa Birliyi liderləri Si Cinpinin açıqlamalarına sərt cavab verdi
Vaşinqton Ukraynaya 322 milyon dollarlıq silah satışına razılıq verdi
ABŞ Ukraynaya zirehli texnika və raket sistemləri göndəriləcək
Ukrayna prezidenti Zelenski Rusiya ordusunun ölkəsinə qarşı hərtərəfli hücum həyata keçirdiyini açıqlayıb. Zelenski hücumda 159 pilotsuz uçuş aparatından istifadə edildiyini və Şimali Koreya istehsalı olan ballistik raketlər də daxil olmaqla 16 raketin buraxıldığını bildirib.
Ukrayna prezidenti Vladimir Zelenski Telegram hesabından verdiyi yazılı açıqlamada rusların gecə saatlarında Ukraynanın paytaxtı Kiyevə və ölkənin müxtəlif bölgələrinə raket və pilotsuz uçuş aparatları (PUA) ilə hücum təşkil etdiyini bildirib: "İlkin məlumatlara görə Şimali Koreyanın ballistikasından da istifadə edilib".
Raketlərin və PUA-ların əksəriyyətinin havada məhv edildiyini qeyd edən Zelenski Kiyevə hücumda 5 yaşayış binasının zərər gördüyünü vurğulayıb.
Zelenski, hazırkı məlumata görə, hücum nəticəsində Kiyevdə 6 nəfərin öldüyünü, axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.
Rusiyanın bu hücumunun ABŞ bombardmançılarının İranın nüvə proqramına zərbələrinə cavabı olduğunu və İran istehsalı olan “Şahid” tipli PUA-larla Ukraynaya hücum etdiyini bildirən Zelenski: “Bu gün Rusiya ordusunun Kiyevin və digər şəhərlərin və yaşayış məntəqələrinin mülki infrastrukturuna Rusiya-İran (birgə istehsal) “Şahed”ləri və raketləri ilə tamamilə rüsvayçı hücuma keçməsindən sonra Moskva susur”.
Bu gün İngiltərədə görüşlər keçirəcəyini bildirən Zelenski orada keçirəcəyi danışıqlarda Rusiyaya təzyiqin artırılması kimi məsələləri müzakirə edəcəyini bildirib.
Kiyev meri Vitali Kliçko da öz “Telegram” hesabında Rusiya ordusunun paytaxta təşkil etdiyi hücumda 19 nəfərin yaralandığını açıqlayıb.