Atəşkəs nefti ucuzlaşdırdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
16:44 | 23 iyun 2025 | Bazar ertəsi
Məqaləyə 202 dəfə baxılıb
Şriftin ölçüsü
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Raket qurğuları və mina qayıqlarına zərbə endirilib
Elektrikli avtomobillərə tələbat artıb
İranın isə vaxtı daralır
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlama təkzib edildi
ABŞ prezidenti Donald Trampın İranın nüvə obyektlərinə dünən səhər saatlarında əmr verdiyi hücum Yaxın Şərq ölkəsində reaksiya doğurub.
Dünən axşam saatlarında Tehrana toplaşan nümayişçilər ABŞ və İsrailə təhqirlər yağdırıb, İran bayraqlarını dalğalandırıblar.
İnqilab meydanında tez-tez “Döyüşəcəyik, öləcəyik, təslim olmayacağıq” kimi şüarlar səsləndirilərkən, prezident Məsud Pezeşkian da vətəndaşların toplaşdığı toplantıya qatılıb.
CNN-ə danışan bir iranlı qisas almaq istədiklərini ifadə edərək, "İran xalqı şərəflidir və biz mütləq sərt cavab verəcəyik. Son 40 ildə olduğu kimi möhkəm dayanacağıq", – deyib.
Digər bir nümayişçi isə Ağ Evin “Tramp iki həftə ərzində İranla bağlı qərarını verəcək” bəyanatına işarə edib. "Tramp heç nə deyil. Əvvəlcə bizə iki həftə vaxt verdi. İki gün sonra hücum etdi. Bizim nüvə silahımız yoxdur. Niyə bizi hədəfə alırlar?", – deyib.
Tehranın nəbzini tutan Amerika mediası xəbər verir ki, bazarda bir qadın "Biz təkbaşına yaşadığımız müddətdə bizə hücum etdilər. Əgər kimsə ABŞ-a hücum etsə, cavab verməzmi?"
Digər bir Tehran sakini isə ABŞ-ın hücumları səbəbindən blef rejiminin qan itirdiyini iddia edərək, “Ağıl başında heç kim zəif bir insanın yanında dayanmaz, hətta onların tərəfdarları belə”, – deyib.
Siyasətçi Həmid Rəsai iddia edib ki, hətta rejimə qarşı çıxanlar da ABŞ və İsrail əleyhinə nümayişlərdə iştirak edirlər: “Burada ABŞ əleyhinə şüarlar səsləndirən bir çox insan İslam Respublikasının siyasətini də tənqid edir. Lakin bu gün biz Ulu Öndərin arxasında bir cərgədə dayanırıq”.
On illərdir ABŞ-da yaşayan akademik Mohsen Milani hücumları belə şərh edib: “Bu, yeni bir millətçilik dalğasına başlaya bilər. ABŞ-İran münasibətlərinin gələcəyi 1953-cü il çevrilişindən daha çox əziyyət çəkə bilər. Tehranın Rusiya və Çinə doğru dəyişməsi sürətlənə bilər. İranın müdafiə, çəkindirmə və nüvə siyasətləri kökündən dəyişə bilər”.