İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
17:10 | 23 iyun 2025 | Bazar ertəsi
Məqaləyə 228 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
ABŞ-ın İran ərazisinə hücumundan sonra Tehrandan sərt bəyanatlar gəlməkdə davam edir. İran Baş Qərargah rəisi Əbdülrəhim Musəvi “Amerika qapını açıb, biz geri çəkilməyəcəyik” deyərkən, yüksək səviyyəli komandirlər regional müharibə ilə bağlı xəbərdarlıq ediblər.
İranın Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi dövlət mediasına verdiyi açıqlamada ABŞ-ın İran ərazisinə hücum edərək müharibənin qapısını açdığını bildirib.
Musəvi, “Cinayətkar Amerika İslam döyüşçüləri üçün Amerikanın maraqlarına və ordusuna qarşı hər cür hərəkətə qapı açıb. Biz bu yoldan heç vaxt geri çəkilməyəcəyik”, – deyib.
Musəvi ABŞ-ın İranın suverenliyini birbaşa pozduğunu və onun müqəddəs torpaqlarına hücum edərək müharibəyə girdiyini vurğulayıb.
İran Silahlı Qüvvələri Mərkəzi Komandanlığının sözçüsü İbrahim Zülfüqari də dövlət mediasında yayımlanan videoda ABŞ-ı hədəfə alıb.
***
Zülfüqari İranın qisas almaq hüququnu özündə saxladığını bildirib: “Güclü və məqsədyönlü əməliyyatlarımız ağır, təəssüf doğuran və gözlənilməz nəticələrə səbəb olacaq”.
Zülfüqari ABŞ-ın hücumunu “faydasız” adlandıraraq, “Bu hücum nəinki uğursuzluqla nəticələndi, həm də İran Silahlı Qüvvələrinin qanuni hədəflərinin dairəsini artırdı və regional müharibənin genişlənməsinə yol açdı”, – deyib.
Zülfüqari çıxışının sonunda ingilis dilinə keçərək birbaşa Trampa müraciət edib: “Qumarbaz Tramp, siz bu müharibəyə başlaya bilərsiniz, amma biz onu bitirəcəyik”.