Heqsetdən Avropa ilə bağlı gözlənilməz addım
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
19:11 | 25 iyun 2025 | Çərşənbə
Məqaləyə 226 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
“Ursa Major”un kimin batırdığı məlum deyil
Çəkilmə təhdidi olsa da, Avropanın ABŞ-dən asılı qalmasına çalışılır
ABŞ-nin NATO ilə bağlı sərt “seçimlər” gündəmdə – Avropa ölkəsi alyansdan çıxarıla bilər
Tramp NATO müttəfiqlərini “yaxşı” və “pis” ölkələrə böldü
Trampdan NATO və Roma Papası barədə sərt sözlər
Trampın alyansa qarşı hansı təsir imkanları var?
Tramp-Rutte zirvə görüşündə NATO böhranı
“Onlar bizim yanımızda deyilsə, biz niyə onların yanında olaq?”
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
NATO-dan qayıdan heyət İngiltərəyə fövqəladə eniş etdi
Müdafiə nazirinin xəbərdarlığı Avropa liderlərini həyəcanlandırıb
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
NATO müttəfiqləri müdafiə xərclərinin 2035-ci ilə qədər ÜDM-in 5 faizinə (indi 2 faizdir) qədər artırılması barədə qərar veriblər.
Əvvəllər İspaniyanın baş naziri Pedro Sançes artımın əleyhinə çıxmışdı və bu, müəyyən çətinlik yaratmışdı, ona görə ki, qərarlar yekdilliklə qəbul olunur. 22 iyunda isə Pedro Sançesi razı salıblar və qərar qəbul olunub.
Niyə bu xəbər belə vacibdir?
Trampın hakimiyyətə gəlişilə Avropa müstəqil geosiyasi qütb olmaq və öz təhlükəsizliyini öz öhdəsinə götürmək qərarına gəldi. Bunları etmək üçün isə yeni silahlanma və hərbi baxımından güclənməyə ehtiyac var.
Bəziləri deyir ki, 2035-ci ilə qədər çox uzun müddətdir.
Gəlin tarixi xatırlayaq.
NATO-da müdafiəyə ÜDM-in 2 faizinin ayrılması ideyası ilk dəfə 2006-cı ildə səsləndirildi, yəni təxminən 20 il əvvəl. Daha sonra bu tövsiyə 2014-cü ildə rəsmi şəkildə təsdiqləndi. Amma fakt odur ki, hələ də bütün ölkələr bu hədəfə nail olmayıb.
İndi isə bir anda 2,5 dəfə daha böyük bir artım barədə qərar qəbul olunur.
Əslində 10 il çox qısa müddətdir və bu müddətdə qeyd olunan hədəfə çatmaq Avropanı gerçək geosiyasi qütbə çevriləcək.
Niyə bu çətindir?
Çünki bu, yüz milyardlarla dollar tələb edir. O pullar göydən düşməyəcək, onları sosial sahələrdən (sosial mənzillər, səhiyyə, təhsil və s.) kəsib qırıcı və tankların istehsalına yönləndirmək lazımdır. Sadə vətəndaş, vergi ödəyicisi isə buna heç vaxt sevinməyəcək. Həmin vergi ödəyicisi eyni zamanda seçicidir və birdən-birə sosial sahələrdən böyük pullar kəsilib hərbi sənayeyə yönəlsə həmin seçici birbaşa və ya dolayısı ilə Rusiyanı dəstəkləyən qüvvələrə (AfD, Le Pen, Corcesku və s) səs verəcək. Həmin qüvvələr isə deyir: “Niyə yüz milyardlarla pulu təyyarələrə və tanklara xərcləyirik? Gəlin Rusiya ilə münasibətləri düzəldək və bu xərclərə ehtiyac qalmasın”.
Yəni burada balans çox vacibdir.