Ukraynadan Rusiyaya NATO raketləri
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
18:07 | 29 iyun 2025 | Bazar
Məqaləyə 271 dəfə baxılıb
Şriftin ölçüsü
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Rəsmi Kiyev Kremlin “NEZ”iylə oynamayacaq
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
Zelenski Trump-Putin görüşünə Kiyevsiz hər hansı razılaşmanı rədd edir
Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
“Saky” bazası hədəfə alındı, bombardman təyyarələri vuruldu
“Müharibənin əvvəlində bizi Rusiya nefti almağa təşviq edirdi”
Görəsən, onun zəifləməkdə məqsədi nədir?”
Almaniyaya təhdid, Ukraynada irəliləyiş
Avropa Birliyi liderləri Si Cinpinin açıqlamalarına sərt cavab verdi
Vaşinqton Ukraynaya 322 milyon dollarlıq silah satışına razılıq verdi
ABŞ Ukraynaya zirehli texnika və raket sistemləri göndəriləcək
Rusiya 477 pilotsuz uçuş aparatı (PUA) və 60 raketlə hücum həyata keçirib. Hücumlara qarşı durmağa çalışan “F-16” da zədələnib və pilot təyyarədən çıxa bilməyib.
Ukrayna ordusu Rusiyanın gecə saatlarında başlatdığı irimiqyaslı raket və PUA hücumunu dəf etməyə çalışan daha bir “F-16”nı itirdiklərini açıqlayıb. Təyyarənin pilotunun da həlak olduğu bildirilib.
Ukrayna ordusundan verilən açıqlamaya görə, bu, müharibə başlayandan bəri bu şəkildə “itirilən” üçüncü “F-16”dır.
Ukrayna Hərbi Hava Qüvvələrinin “Telegram”da verdiyi açıqlamada, "Pilot təyyarədəki bütün silahlardan istifadə edib və havada 7 hədəfi vurub. Sonuncunu vuranda təyyarəsi zədələnib və hündürlüyünü itirməyə başlayıb".
Hərbi Hava Qüvvələri bildirib ki, pilot təyyarəni yaşayış məntəqələrindən uzaqlaşdırmaq üçün əlindən gələni edib, lakin özünü atmağa vaxtı qalmayıb.
Ukraynadan verilən açıqlamaya görə, Rusiya gecə ərzində Ukraynaya 477 PUA və 60 raket atıb. Ukrayna ordusu Rusiyanın 211 PUA və 38 raketinin məhv edildiyini və Rusiyanın hava hücumlarının 6 rayonu hədəf aldığını bildirib.
“The Associated Press” (AP) xəbər agentliyinə danışan Ukrayna Hərbi Hava Qüvvələrinin kommunikasiya direktoru Yuri İhnat Rusiyanın gecə saatlarında həyata keçirdiyi hava hücumlarının həm PUA, həm də müxtəlif növ raketləri nəzərə alaraq ölkəyə qarşı “ən böyük hava hücumu” olduğunu bildirib.
Hücumların Ukraynanın qərbi, cəbhə xəttindən uzaq bölgələri də hədəf aldığı bildirilib.
***
Ukraynanın Çerkassı qubernatoru İqor Taburets “Telegram”da ayrıca açıqlamasında Rusiyanın Smila şəhərinə hücumlar nəticəsində 6 nəfərin yaralandığını bildirib. Hücum zamanı 9 mərtəbəli binaya və yerli kollecə də ziyan dəydiyi qeyd olunub.
Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın son hücumları ilə bağlı açıqlamasında deyib ki, Rusiya Ukraynaya genişmiqyaslı hücumlar etmək imkanına malik olduğu müddətcə dayanmayacaq.
Moskvaya təzyiqi artırmaq çağırışını və ölkəsinin daha güclü hava hücumundan müdafiəsinə ehtiyac olduğunu təkrarlayan Ukrayna prezidenti, “Ukrayna öz hava hücumundan müdafiəsini gücləndirməlidir. İnsanların həyatını ən yaxşı qoruyan budur. Amerika sistemləri var ki, biz onları almağa hazırıq. Biz ABŞ, Avropa və bütün tərəfdaşlarımızın rəhbərliyinə, siyasi iradəsinə və dəstəyinə güvənirik”.