vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 30 iyun 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
AB mərkəzli alternativ siqnalları 19:52 | 29 iyun 2025 | Bazar Məqaləyə 18 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

AB mərkəzli alternativ siqnalları

Merz Avropada yeni ticarət sistemini elan edir

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Kansler Fridrix Merz Dünya Ticarət Təşkilatının (DTT) artıq fəaliyyət göstərmədiyini bəyan edərək, Avropa Birliyinin (AB) bu quruma alternativ inkişaf etdirməli olduğunu bildirib. Merz qeyd edib ki, DTT-nin arbitraj mexanizminin ABŞ tərəfindən bloklanması təşkilatın nüfuzunu itirməsində əsas amildir.

AB Komissiyasının sədri Ursula Von der Leyen Brüsseldə keçirilən AB sammitindən sonra verdiyi açıqlamada, DTT-ni əvəz edə biləcək yeni qaydalara əsaslanan ticarət nizamının yaradılması üçün Kanada və Asiyada CPTPP ölkələri ilə əməkdaşlıq edilə biləcəyini açıqlayıb. Von der Leyen, “Biz dünyaya qaydalara əsaslanan ticarətin hələ də mümkün olduğunu göstərmək istəyirik”, – deyib.

Fridrix Merz yeni beynəlxalq ticarət təşkilatının yaradılmasının qaçılmaz olduğunu və bu prosesin AB Komissiyasının rəhbərliyi altında həyata keçirilməli olduğunu bildirib. Onun təklif etdiyi struktur hazırkı DTT-ni tədricən əvəz edə biləcək yeni mexanizm yaratmaq məqsədi daşıyır.

Merz mövzu ilə bağlı İngiltərə baş naziri Keir Starmer və Fransa prezidenti Emmanuel Makronla da görüşdüyünü bildirib. Məsələnin hələ çox erkən mərhələdə olduğunu vurğulayan Merz buna baxmayaraq, AB daxilində bu istiqamətdə addımların atılmasının vacibliyinə diqqət çəkib.