“Tesla” 13 min avtomobili geri çağırır
Batareyada tapılan qüsur qəza riskini artırır
17:40 | 4 avqust 2025 | Bazar ertəsi
Məqaləyə 880 dəfə baxılıb
Şriftin ölçüsü
Batareyada tapılan qüsur qəza riskini artırır
Çin şirkəti təhlükəsizlik və batareya riskləri səbəbilə bu addımı atıb
“BMW” avtomobillərinin motorunda problem aşkarlanıb
Qərb və yəhudi bankirlər, yoxsa ...
Ekspertlər siyasəti günahlandırır
Özü dünya turuna çıxıb
Makron müdafiə nazirini Fransa hökumətinin başına gətirdi
2026-cı ildə kiçik elektrikli avtomobil seriyası bazara çıxacaq
Mümkün 3 ssenari
Fransada təcili yardım söbələrində yeni xaos yaxınlaşır
Avropa bazarında Çin avtomobillərinin satışı iki dəfədən çox artıb
Əyalətlərdə artan maşın sayı böyük şəhərlərdə azalıb
Almaniya polisi şahid axtarır
AB üzvü olan bir ölkədə sürət həddi artırılır
Fransa istehsalı avtomobillərin əyləc sistemindəki nasazlıq nazirliyi hərəkətə keçirdi
Türkiyədə qeydə alınan avtomobil sayında “Renault” və boz rəng üstünlük təşkil edib
Sosial şəbəkələrdə yayılan və 2025-ci ilin sentyabrından etibarən avtomobillərdə GPS istifadəsinin qadağan ediləcəyini irəli sürən iddialar gündəm oldu. Daxili İşlər Nazirliyi məsələ ilə bağlı açıqlama verdi.
TikTok-da yayılan və qısa müddətdə yarım milyondan çox baxış toplayan bir videoda, sentyabrın 1-dən etibarən avtomobildə GPS cihazının olması halında 135 avro cərimə tətbiq ediləcəyi iddia olunurdu. Videoda cihazın avtomobildə olması belə cəzaya səbəb kimi göstərilmiş, bu isə geniş ictimai qınağa səbəb olmuşdu. Fransız rəsmiləri isə bu iddianın həqiqəti əks etdirmədiyini bildiriblər.
***
Fransa Daxili İşlər Nazirliyi yayılan məlumatların səhv və manipulyativ olduğunu açıqlayıb. Videoda yer alan “GPS-in vizual şəkildə istifadəsi və ya nəqliyyat vasitəsi hərəkətdə olarkən əl ilə idarə olunması qadağan olunacaq” ifadəsinin əslində yalnız mövcud yol hərəkəti qaydalarının bir xatırlatması olduğu bildirilib. Yəni GPS-in səsli rejimdə istifadəsi tamamilə sərbəstdir və bu sahədə yeni bir qadağa yoxdur.
Fransa rəsmiləri tərəfindən verilən açıqlamada vurğulanıb ki, 2025-ci ilin sentyabrında GPS-lə bağlı heç bir yeni qadağa tətbiq olunmayacaq və hal-hazırda qüvvədə olan yol hərəkəti qaydaları keçərli qalacaq. Bu qaydalar, avtomobilin hərəkətdə olması zamanı sürücünün diqqətini yayındıra biləcək istənilən cihazın əl ilə istifadəsini qadağan edir – bu, artıq illərdir mövcud olan standart bir tənzimləməni əhatə edir.