vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 14 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
OLAY  
Pendir iki can aldı 12:08 | 13 avqust 2025 | Çərşənbə Məqaləyə 280 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Pendir iki can aldı

“Listeria” bakteryası ilə 21 nəfəri xəstəxanalıq edən süd məhsulu Azərbaycanda da məşhurdur

MURAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Fransada “Listeria” bakteriyasına yoluxmuş pendir iki şəxsin ölümünə və 21 nəfərin xəstəxanaya yerləşdirilməsinə səbəb olub. Fransız Xalq Sağlığı İdarəsi (“Santé Publique France”) hadisənin ölkə üzrə genişmiqyaslı qida təhlükəsizliyi həyəcanı yaratdığını açıqlayıb. Bakteriya camembert pendirində aşkarlanıb. “Camembert” pendiri və yumşaq, kremi tərkibi ilə xarakterizə olunur. Qabığı ağ küflə örtülüdür və pendir adətən inək südündən hazırlanır. “Président”, “Le Rustique” və “Isigny Sainte-Mère” kimi markalar “Camembert” pendiri istehsal edir.

Əsas xüsusiyyətləri:

Daxili krem kimi hamar və elastikliyi sayəsində yumşaqdır. Ağ kif qabığı onu xarici təsirlərə qarşı qoruyur və dad verir. Zəngin, bir qədər acımtıl və aromatik dadı var. Çörək, qırmızı şərab və ya meyvələrlə birgə yeyilir. Həm tək, həm də yeməklərdə istifadə edilə bilər.

“Brie” pendirinə bənzəsə də, “Camembert” daha kiçik, daha yumşaq və daha kəskin dadlı olur.

Rəsmilər bildiriblər ki, bakteriya “Camembert”, keçi pendiri, “Gorgonzola” və “Brie” kimi yumşaq, küflü qabığa sahib bir çox pendir növündə aşkarlanıb. Hazırda Fransa üzrə 40-dan çox məhsul bazardan geri çağırılıb.

***

Fransız mətbuatının məlumatına görə, “Listeria” bakterisinin mənbəyi bir pendir istehsal fabrikində rast gəlinib. Bu fabrikin məhsulları ölkənin ən böyük market şəbəkələrində satılıb. Bəzi məhsullar üçün Belçikada da geri çağırma qərarı verilib.

***

“Listeria monocytogenes” bakteriyası adətən kontaminasiya olmuş qidalar vasitəsilə insana keçir. Sağlam fərdlərdə ciddi problemlər yaratmasa da, hamilə qadınlar, yaşlılar və immuniteti zəif şəxslərdə ağır fəsadlar törədə bilər. Yüksək hərarət, mədə-bağırsaq problemləri, əzələ ağrıları və ciddi hallarda meningitə yol aça bilən “listerioz”, risk qruplarında ölümcül ola bilər.

 

Rəsmi xəbərdarlıqlar

 

Fransız səhiyyə rəsmiləri vətəndaşları evlərində olan şübhəli pendirləri yeməməyə və satın aldıqları marketlərə geri qaytarmağa çağırıb. Son həftələrdə bu məhsullardan istifadə edib, hərarət, baş ağrısı və ya həzm problemləri yaşayan şəxslərin dərhal həkimə müraciət etmələri tövsiyə olunur.

Qida təhlükəsizliyi mütəxəssisləri bildirirlər ki, yumşaq pendirlər istehsal və saxlanma şəraitinə daha həssasdır. Buna görə də, alış və istehlak öncəsi son istifadə tarixi və qablaşdırma məlumatları mütləq yoxlanılmalıdır.

***

“Camembert” pendiri Azərbaycanda da satılır. Bu pendir həm yerli istehsalçılar tərəfindən, həm də xaricdən idxal edilərək müxtəlif onlayn və pərakəndə mağazalarda təqdim olunur.

Yerli istehsal:

Qusar “Camembert” Pendiri – Qusarda hazırlanır. Həmin müəssisə 30-dan çox müxtəlif pendir növü ilə tanınır.

İdxal məhsulları:

“Le Bocage Camembert” – Fransadan idxal edilən bu pendir, zəngin və kremli dadı ilə tanınır.

“President Camembert” – Böyük ölçüdə təqdim edilən bu pendir, dünya üzrə göndərmə imkanı ilə mövcuddur.

Qeyd edək ki, “Camembert” pendirinin saxlanması və daşınması zamanı temperatur rejiminə diqqət yetirmək vacibdir. İdxal məhsulları üçün xüsusilə bu amil önəmlidir.

Azərbaycanda Fransa istehsalı bir sıra məşhur pendir növləri satılır. Onlar həm iri supermarketlərdə, həm də onlayn mağazalarda tapıla bilir. Əsas Fransa pendirləri aşağıdakılardır:

 

“Camembert”

“Président”, “Le Bocage” firmalarının istehsalı olan süd məhsulu yumşaq, kremi və kifli qabığı olan pendir.

 

“Brie”

“Président” və “Fromager d’Affinois” kimi markaların məşhurdur yumşaq, ağ kifli qabıqlı pendiridir.

 

“Roquefort”

“Président” və “Papillon” markaları istehsal etdiyi mavi kifli, kəskin dadlı qoyun pendiridir.

 

“Comté”

Sərt, yaşlanmış pendir, kəsmək və yemək üçün uyğundur. Əsas idxalçılar bəzi marketlərdə təqdim edir.

 

“Emmental” (Fransa istehsalı variantları)

“Président” və digər markaların daha çox sendviç və salatlarda istifadə olunan variantları mövcuddur.

Qeyd: Bu pendirlər əsasən Bakıdakı “Bravo”, “Carrefour”, “Fresco” və digər iri supermarketlərdə mövcuddur.

Onlayn satış saytlarında da Fransa istehsalı pendirlər tapmaq mümkündür.