vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 3 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
ENERGETİKA  
Neft sabitdir 10:09 | 3 sentyabr 2025 | Çərşənbə Məqaləyə 133 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Neft sabitdir

OPEC öncəsi sükunət

XALİDƏ

İnvestorlar ABŞ-ın Rusiyaya qarşı mümkün əlavə sanksiyalarını da əhatə edən geosiyasi riskləri qiymətləndirərkən və OPEC+ görüşünə yaxın dövrdə bazarda təklif artığının gözlənildiyi şəraitdə, “Brent” ayın ən yüksək səviyyəsindən bağlandıqdan sonra sabitləşib.

Qlobal göstərici olan “Brent” neftinin qiyməti hazırda bir barel üçün təxminən 69 dollardan satılır, ABŞ xam nefti isə 65 dolların üzərindədir.

ABŞ Prezidenti Donald Tramp, Rusiya lideri Vladimir Putinin Ukraynanın dövlət başçısı ilə görüş təşəbbüslərinə necə reaksiya verdiyini izlədiyini, əgər danışıqlar irəliləməsə əlavə tədbirləri nəzərdən keçirə biləcəyini bildirib.

Eyni zamanda Tramp, Hindistandan idxal olunan məhsulların böyük hissəsinə tətbiq edilən tarifləri 50%-ə qaldırmasından bir həftə keçməsinə baxmayaraq, rüsumların azaldılmasını düşünmədiyini açıqlayıb. Bu addım, Rusiyanı Ukraynada gərginliyi dayandırmağa məcbur etmək üçün daha genişmiqyaslı səylərin bir hissəsi kimi qiymətləndirilir.

Xam neft ötən ay OPEC+ tərəfinin hasilat məhdudiyyətlərini yumşaltması və qlobal bazarda artıqlıq qorxusu səbəbilə ucuzlaşmışdı. Lakin sentyabrın əvvəlindən etibarən qiymətlər yenidən toparlanmağa başlayıb. Rusiya da daxil olmaqla bu ittifaq həftəsonu toplanacaq və analitiklərin əksəriyyəti oktyabr ayı üçün istehsalda dəyişiklik gözləmədiklərini, uzunmüddətli artımların isə dayandırılacağını bildirirlər.

“ING Group NV”nin əmtəə strateqi Uorren Patterson, OPEC+ toplantısından sonra istehsal kvotalarının sabit saxlanılacağının gözlənildiyini, bunun isə təşkilata gələcəkdə bazarı təəccübləndirmək üçün manevr imkanları buraxdığını vurğulayıb.

ABŞ-ın tarif siyasətinə əlavə olaraq, Cənubi Amerika da investorların diqqətindədir. ABŞ hərbi gəmiləri narkotik qaçaqmalçılığı ilə mübarizə məqsədilə Venesuela sahillərində yerləşdirilib. Venesuela Prezidenti Nikolas Maduro isə Vaşinqtonun bu səylərinin ölkənin neftinə nəzarət etməyi hədəflədiyini bəyan edib.