
İlk olaraq ABŞ-da tətbiq olunacaq
“Google”un rezervasiya edən süni intellekti sınaqdan keçirilir
“Google”un rezervasiya edən süni intellekti sınaqdan keçirilir
“Meta”dan “Google”a bulud müqaviləsi imzaladı
“Google” öz günahını qəbul etdi
“Pixel 10” ilə süni intellekt yarışında sürəti artırır
“Perplexity” layihəyə milyardlarla dollar investisiya qoyacağını vəd edir
Sabiq “OpenAI” əməkdaşından Süni intellektlə bağlı qorxulu proqnoz
“Google”dan sayt trafiki ilə bağlı açıqlama verdi
Maaşlar 100 milyon dollara çatır
“Google”un cavab mühərriki dövrü
“Google”dan internet saytlarına yeni zərbə
Hər iki şirkət rüblük bazar gözləntilərini ötüb
Almaniya “DeepSeek” tətbiqinin “App Store”da qadağan edilməsini tələb edir
“Amazon” ABŞ-a 10 milyard dollarlıq investisiya yatıracaq
Oflayn rejimdə işləyə bilən proqramın performansı telefonun gücündən asılı olaraq dəyişə bilər
“Google Maps” onlayn xəritə proqramı əksər magistralları bağlı göstərib
“Apple” “ətrafınızdakı dünyanı hiss edə bilən” növbəti ağıllı məhsul hazırlayır
ABŞ-da federal məhkəmə, “Google” şirkətinə qarşı açılan “antitrest” işi çərçivəsində şirkətin “Chrome” brauzerini satmasına ehtiyac olmadığına qərar verib.
Vaşinqton D.C. Dairə Məhkəməsi, ABŞ Ədliyyə Nazirliyinin “Google”u “Chrome”dan imtina etməyə məcbur etmə tələbinə dair hökmünü açıqlayıb.
Qərarda bildirilib ki, şirkət “Chrome”u əlindən çıxarmaq məcburiyyətində qalmayacaq və məhkəmə yekun qərarına “Android” əməliyyat sisteminin şərti olaraq əlindən çıxarılmasını da daxil etməyəcək.
Məhkəmənin qərarına görə, “Google” bu məhsullardan hər hansı qanunsuz məhdudiyyət tətbiq etmək üçün istifadə etmir və iddiaçıların bu aktivlərin məcburi satışını istəməsi “həddən artıq” addım sayılır.
Eyni zamanda, şirkətin bəzi tətbiqlərin cihazlara əvvəlcədən yüklənməsi və ya yerləşdirilməsi üçün paylama tərəfdaşlarına ödədiyi məbləğləri dayandırmasına ehtiyac olmadığı qeyd olunub.
Şirkətin müəyyən axtarış indeksləri və istifadəçi qarşılıqlı əlaqə məlumatlarını ixtisaslı rəqiblərlə paylaşması barədə hökm verilib və bunun rəqabəti təşviq edəcəyi vurğulanıb.
ABŞ Ədliyyə Nazirliyi 24 yanvar 2023-cü ildə açıqlama yayaraq bildirmişdi ki, Kaliforniya, Kolorado, Konnektikut, Nyu-Cersi, Nyu-York, Rod-Aylend, Tennessi və Virciniya ştatlarının baş prokurorları ilə birlikdə “Google”a qarşı Virciniya Şərq Dairə Məhkəməsində “antitrest” iddiası qaldırılıb.
Açıqlamada şirkətin bir çox rəqəmsal reklam texnologiyası məhsullarını inhisara aldığı, sektordakı üstünlüyünə qarşı hər cür təhdidi aradan qaldırmaq və ya xeyli zəiflətmək üçün rəqabətə zidd, istisnaedici və qanunsuz üsullardan istifadə etdiyi qeyd olunmuşdu.
Son 15 ildə “Google”un satınalmalar vasitəsilə reklam texnologiyaları üzrə rəqiblərini neytrallaşdırdığı və ya bazardan çıxardığı, daha çox nəşriyyatçı və reklamçını öz məhsullarını istifadə etməyə məcbur etdiyi, rəqib məhsulların istifadəsini isə məhdudlaşdırdığı bildirilmişdi.
Bu yolla şirkətin bazardakı dominant mövqeyini gücləndirdiyi və rəqabətə zidd davranışlarının detalları açıqlamada qeyd olunmuşdu.
ABŞ Ədliyyə Nazirliyi ötən ilin noyabrında da federal hakimin “Google”u “Chrome” internet brauzerini satmağa məcbur etməsini istəmişdi.